Virus hepatiti insanın infeksiya xəstəliklərinin böyük qrupunu təşkil edir. Virus hepatitləri ümumi intoksikasiya simptomları və qara ciyərin zədələnməsi ilə xarakterizə edilir. Xəstəliklər oxşar bir klinik mənzərəyə malikdir və sarılıq, anterik və asemptomatik formalarda baş verir. Ölkəmizdə daha çox B və C virus hepatitləri qeydə alınır.
B virus hepatiti
Dünyanın bütün ölkələrində, o cümlədən də Azərbaycanda geniş yayılmış və daha təhlükəli virus hepatit formasıdır. Tez-tez qara ciyərin serrozu və qara ciyər xərçənginə səbəb olur. Əhalinin ölümünə səbəb olan 10 səbəbdən doqquzuncu yerdə qərarlaşıb.
B virus heptatiti bizim yaşadığımız mühitdə çox sabitdir. Qanda və onun preparatlarında illərlə qala bilir. Otaq tempraturunda ətraf mühitin əşyaları üzərində 3 ay qala bilir.
İnfeksiya mənbəyi xəstələr və virus daşıyıcılarıdır, onlar virusu ətraf mühitə selik, göz yaşı, sidik, nəcis, döş südü, vaginal yol, sperma və qanla ötürə bilirlər. Yoluxma qan köçürmə, selikli qişalar və zədələnmiş dəri örtüyü vasitəsilə keçir:
-Cinsi əlaqə zamanı;
-Xəstənin istifadə etdiyi diş fırçası, üzqırxan, manikür alətləri, hamam süngəri, daraq, dəsmal, yataq mələfəsi, mətbəx alətləri, oyuncaqlardan istifadə edəndə;
-Tatu, pirsinq vurduranda, saç kəsdirəndə, manikür, pedikür etdirəndə;
-Ana bətnində olan körpəyə anadan keçir və ya doğuş zamanı yoluxur;
-steril olmayan alətlərlə müalicəvi-diaqnostik manipulyasiya (ginekoloji, stomatoloji, cərrahi, endoskopik vəs.) zamanı;
-Qrup şəklində bir və ya bir neçə şpritsdən ven daxili narkotik maddə istifadəsi zamanı.
İnkubasiya dövrü 60 gündən 120 günə qədər, maksimal isə 180 gündür.
İlk dövr üçün zəiflik, iştahsızlıq, ürək bulantısı, tez-tez qusma halları xarakterikdir. Sağ qabırğa altında, iri oynaqlarda gecələr və gündüz saatlarında ağrılar meydana gəlir. Eyni zamanda dəridə səpki və qaşıntılar üzə çıxır. Sonrakı mərhələdə sidiyin rəngi tündləşir, nəcisin rəngi açıq olur, sarılıq yaranır.
Bununla yanaşı, Hepatit B simptomsuz formada və ya virus daşıyıcısı formasında da ola bilər. Bir çox daşıyıcılar sonradan Hepatit B virusunun xroniki xəstəsinə çevrilirlər.
Hepatit C
Hepatit C virusu da əsasən son dövrlər geniş yayılmış infeksiyadır. Hepatit B virusu kimi eyni yoluxma hallarına sahibdir. Son illər isə Hepatit C-yə yoluxmada narkotik maddələr liderlik edir.
Hepatit C-nin inkubasiya dövrü daha az, yəni 1-3 aydır. Qara ciyərə düşən virus çox nadir hallarda ağır xəstəliyə səbəb olur. Hepatit C adətən yüngül keçir, bəzən sarılıq meydana çıxmır. Amma daha çox qara ciyərin serrozu və qara ciyər xərçəngi kimi ağır fəsadların yaranma prosesi də müşahidə edilir. Bu səbəbdən virusu “sakit qatil” adlandırırlar. Çünki insanlar Hepatit C virusuna yoluxduqlarını 10-15 il sonra, fəsadlar üzə çıxanda anlayırlar.
Virus hepatitinə yoluxmanın qarşısını necə almalı
Profilaktik tədbirlər arasında şəxsi gigiyena qaydalarına əməl etmək böyük yer tutur: yeməkdən əvvəl əlləri yumaq, tualetdən çıxıb əlləri yumaq, nəqliyyatdan endikdən sonra, pul və digər əşyalara toxunduqdan sonra əlləri yumaq mütləqdir. Çünki bəzi əşyaların üzərində virus ola bilər. Eyni zamanda meyvə, tərəvəz və giləmeyvələri qida kimi qəbul etmədən əvvəl qaynar su ilə yumaq lazımdır. Qaynanmış və ya qablaşdırılmış su içmək, küçədə alver edən satıcılardan qida məhsulları almamaq lazımdır.
A, B və digər virus hepatitlərinin xüsusi profilaktikası üçün vaksinləşdirmə də aparılır. Ehtimal edilir ki, yaxın illərdə Hepatit C-yə qarşı da vaksinasiya mümkün olacaq.
Bir çox hallarda insan sağlamlığına görə özü məsuliyyət daşıyır və özünü bir çox xəstəliklərdən, o cümlədən virus hepatitlərindən də qoruya bilər. Bunun üçün isə şəxsi profilaktika qaydalarına əməl etməli və bunu təhlükəsizliyi asılı olan şəxslərdən də tələb etməlidir.
Sağlam Olun!!!