Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Uşaqlarda qastritin simptomları

Uşaqlarda qastritin simptomları

Adətən, uşaqlar qastrit zamanı çox aqressiv, ağlağan hər bir şeydən ötrü narahat olurlar. Ağrıdan qarınlarını sıxaraq şikayətçi olurlar. Yeməkdən, oynamaqdan, yatmaqdan imtina edirlər. 

Az hərəkətli və təmbəl olur. Dəri solğunlaşır, gözaltı göyərmələr, dildə isə ağ ərp yaranır. Ürək bulanma və qaytarma ilə müşahidə olunur. 

Bəzən bu hal yüksək temperatur, qarın getmə və baş ağrısı ilə əvəzlənir. Bu simptomlar valideynləri narahat etməli və tam yoxlanış üçün həkimə müayinə və müalicəyə üz tutulmalıdır. 

Yoxlanışda körpənin ümumi müayinəsi, mədə şirəsinin öyrənilməsi və zəruri hallarda qastroduodenoskopiya edilir.

Sağlam olun!

Qastroenteroloqlar