Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Meningit: simptomları və müalicəsi

Meningit: simptomları və müalicəsi

Yəqin ki, uşaqlıq dövründən hər kəs valideynlərindən bu sözləri eşidirlər: "Papağını qoy, meningit olacaqsan".

Bu doğrudur mu? Soyuqdəymədən meningit olmaq mümkündürmü? Bu xəstəliyin əsas səbəbləri, simptomları və müalicəsi haqqında daha ətraflı məlumatı sizlərlə bölüşəcəyik.

Simptomlar

Meningitin klinik göstəriciləri serebral və ümümi beynlə əlaqəli ola bilər.

Serebral simptomlar xüsusi deyil və sinir sisteminin bir çox xəstəliklərində müşahidə olunur. Bu zaman ürək bulanma, davamlı qusma, ağır baş ağrısı, başgicəllənmələr baş verir.

Meningitin müalicəsi onun yaranma səbəblərindən asılıdır. Bele terapiya etiotrop adlanır.

Beləliklə, xəstəlik irinli xüsusiyyətlərə malikdirsə antibakterial preparatlar, yəni antibiotiklər təyin etmək lazımdır.

İstifadə oluna biləcək antibiotik qrupları bunlardır: sefalosporin, penisilin, levomesitin.

Meningitin səbəbi əgər virusdursa, virus əleyhinə dərmanların təyin edilməsi məqsədə uyğun olardı.

Məsələn, asiklovir herpes virusu üçün ən uyğun preparatdır. Göbələk riski varsa - Nistatin, Klotrimazol, Flukonazol təyin olunmalıdır.

Xəstəliyin səbəblərinin müalicəsinə əlavə olaraq, simptomatik müalicəyə də diqqət yetirilməlidir: yüksək temperaturda qızdırmanı salmaq, kəsik qusma zamanı çoxlu içmək lazımdır.

Belə ki, meningit beyinin soyuqlaması ilə bağlı bir xəstəlik olmadığını xatırlatmaq lazımdır.

Meningit güclü infeksional xəstəlikdir. Keyfiyyəti müalicə üçün mütləqdir ki, xəstəliyin səbəbi tapılsın, etiotropik terapiya tətbiq edilsin.

Sağlam olun!

Nevroloqlar