DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Uşaqda göbələk problemi var idi. Həkimin yazdığı müalicədən sonra hər şey qaydasına düşdü. Araz həkimdən çox razıyıq. Heç bir şikayətimiz yoxdur.
Məmmədzadə Kamal
kataraktaynan əlaqədar yaxınlaşmışdım. payızda təkrarən olacam qəbulunda. hər şey qaydasındadır
Cəfərova Səadət
Doctortap.az vasitəsi ilə yazıldıq qəbula . Rahat şəkildə qəbula düşdük həkimnən də razı qaldıq sağolun
Qədimli Dəniz
Müalicə yazdı. hər şeyi çox açıq və aydın izah etdi. çox istiqanlı həkim idi. İnşallah müalicənin nəticəsi də yaxşı olar
Bəkirova Gülnar
Təcrübəli, savadlı həkim sağ olsun, İki övladımıda müayinə etdi. Razıyıq təşəkkür həkim.
Mirəliyeva Xədicə
Sevinc hekimi chox axtarirdim, hech cure tapa bilmirdim. Sag olsun doktortap onlarin vasitesi ile tapdim. iki ushagimi da diqqetle muayine etdi, mualice yazdi. Mualice cox komek oldu. Yaxinlarda yene aparacam qizimi hekimin yanina.
Əliyeva Ülkər