Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Görmə qabiliyyətini smartfonlardan necə qoruyaq? 10 məsləhət

Görmə qabiliyyətini smartfonlardan necə qoruyaq? 10 məsləhət

Görmənizi qorumaq üçün qeyd olunan 10 məsləhətə riayyət etmək lazımdır:

  1. Heç bir halda hərəkətli nəqliyyat vasitələrində və aşağı işıqda smartfon istifadə edilməməlidir. Smartfonunuzdan yalnız musiqi dinləyə bilərsiniz. Xəbərləri oxumaq və ya e-kitab oxumaq olmaz.
  2. En əsas faktor smartfon ilə göz məsafəsi düzgün seçilsin. Optimal məsafə 30 smdir.
  3. Smartfonun işıqlandırılmasını və şrift ölçüsünü düzgün seçmək lazımdır. Smartfon istifadəçisi məlumatı göz əzələlərini yığmadan görməlidir.
  4. Yaxşı olardı ki, smartfon ekranına mat qoruyucu üzlük keçirəsiniz. Üzlük həm gözləri zərərli şüalardan qoruyur, həmdə ekranın cızılmasının qarşısını alır. 
  5.  Qidalanmanı unutmayın! Rasionunuza tərəvəzlər, A vitamini bol olan (balıq, yumurta, kok) qidaları çox salın.
  6. Smartfonları seçərkən keyfiyyətli istehsalçı seçmək lazımdır. Çünki istehsalçı məhsulun təhlükəsizliyini qarantlayır.
  7. Elektron formada kitab oxuyanlar yaxşı olar ki, bu üsuldan imtina etsinlər. Bu üsulu kitabla əvəzləyin.
  8. Əlbətdə, gözlərin yorğunluğunu aradan qaldırmaq üçün en sadə göz əzələ hərəkətlərinidə unutmaq olmaz.
  9. Əgər, uzun müddət smartfon ekranına baxdığınız zaman, gözləri adi haldan 2-3 dəfə gec qırpırsınızsa, bu zaman gözdə quruluq yarana bilər. Buna görə tez-tez gözləri qırpın, göz mühütini nəmləndirin.  
  10. Müasir dövrdə azaçıqda olsa mobil vasitələrdən uzaq olun, ətrafdakı gözəlliklərin, həyatın fərqinə varın!

Sözsüz, texniki vasitələr görməyə çox təhlükəli təsir edir, lakin sadə məsləhətlərə diqqət yetirilsə, təlimlər icra edilsə, uzun illər yaxşı görməniz təmin olunar.

Sağlam olun!

Oftalmoloqlar