DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Uzm. Araz Aliyev
başqa bir həkimin yönləndirməsi ilə yaxınlaşdıq həkimin qəbuluna. məsləhətləşdik xəstəliklə bağlı hər şey qaydasındadır
Hacıyev Qədir
Həkim : Uzm. Telman Aytayev
Uşağın ümumi müayinəsi ilə bağlı yaxınlaşdıq . Həkimdən razı qaldıq . Təşəkkürlər həkim
Elmira Mustafazadə
Həkim : Arzu Hüseynova
Qəbulda olduq müalicə yazdi 1 ay sonra yenidən olacam qəbulunda yaxşıya doğru irəliləyirəm sağolsun həkim
Əliyeva Gülnarə
Həkim : Seymur Xəlilov
seymur xelilov cox gozel hekim.cox medeni ve savadli hekimdi.men onun davamli xestesiyem.10 il evvel emeliyyat olmusdum davamli olaraqda gedirem muaineye.
Sərifova Faizə
Həkim : Seyran Cabbarova
Bir neche ay once Seyran xanimin qebuluna getdim. Bir qizim vardi, ikinci ushaq isteyirdim ancaq hech cure olmurdu. Seyran xanim baxdi, mualice yazdi ve "oglun olacaq" dedi. Ele de oldu. Artiq oglan gozleyirik. :)
Ayşən Şıxlı
Həkim : Uzm. Telman Aytayev
Uşağa diaqnoz qoymuşular ki, əməliyyatlıqdı. Telman həkimin qəbuluna gəldik və diaqnozun səhv qoyulduğunu dedi bizə. azərbaycanda dərman yazmayan yeganə həkimdi . Allah ondan razı olsun
Nurəddinov Həsən