(012) 310 09 10
(051) 500 96 00

Dr. Rövşən Babayev

Əsas səhifə / Həkİmlərİn kataloqu / Dr. Rövşən Babayev

Dr. Rövşən Babayev

Doktor Rövşən Babayev — təcrübəli plastik, estetik və rekonstruktiv cərrah, bütün növ plastik cərrahiyyə üzrə ixtisaslaşır: üz cavanlaşdırma əməliyyatları (rinoplastika, septoplastika, metaplastika, Face lifting, blefaroplastika, dolğular), yanıq yaraları, süd vəzisi əməliyyatları (mammoplastika: mikromastiya, makromastiya), bədən cavanlaşdırma əməliyyatları (abdominoplastika, meqaliposaksiya), hamiləlik sonrası bədən şəkilləndirmə əməliyyatları, saç əkimi əməliyyatları. 

Həkim profili

Həkim: Dr. Rövşən Babayev
Telefon: (051) 500 96 00
E-mail: info@doctortap.az
Sahə: Plastik cərrah
Təcrübə: 14 il iş təcrübəsi
Rəylərin sayı: 0
Tövsiyələr: 0      0

Həkim haqqında

İş təcrübəsi:

  • 2007—2009 illər — İstanbul Memorial Hospital — Plastik, Estetik və Rekonstruktiv cərrah;
  • 2009—2014 illər — «Medical Plaza»klinikası  — Plastik, Estetik və Rekonstruktiv cərrah;
  • 2015 ildən — hal-hazırda— «Grand Hospital» klinikası — Plastik, Estetik və Rekonstruktiv cərrah;


Təhsil

  • Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə işi (1998—2005 illər);
  • Xarkov Tibb Akademiyası, Cərrahiyyə kafedrası — Ordinatura (Ukrayna, 2005—2007 illər).

İcra edilən prosedurlar

Üz cavanlaşdırma əməliyyatları:

  • hər növ burun deformasiyaları və burun estetikası (Rinoplastika);
  • burun çəpəri əyriliyi (Septoplastika);
  • üzgərmə əməliyyatı (Face lifting);
  • boyungərmə əməliyyatları;
  • çənə forma qüsurları və deformasiyaları (Mentoplastika);
  • göz qapaqlarının estetikası (Blefaroplastika);
  • üzün travma sonrası qüsurları;
  • üz yaralanmaları;
  • hər növ qulaq deformasiyaları «şəlpəqulaq»;
  • travma sonrası və ya anadan gəlmə qulaq yoxluğu («Qulaq rekonstruksiyası»);
  • dodaq və damaq yarıqları (Dovşandodaq və Qurdağız);
  • əməliyyatsız üz qırışlarının ləğvi (Botoks);
  • əməliyyatsız dodaqların korreksiyası (dolqularla dodaq şəkilləndirilməsi);
  • Ayaq və əllərdəki deformasiyalar:
  • qolların liposaksiyailə korreksiyası;
  • qol gərmə əməliyyatları;
  • əl barmaqları qüsurları, sindaktiliya (əl barmaqlarının bitişik olması);
  • əl barmaqların sayının normadan çox olması (çoxbarmaqlılıq və polidaktiliya);
  • əllərin və qolların travma sonrası rekonstruksiyası;
  • bud nahiyyəsinin deformasiyaları;
  • baldır nahiyyəsinin estetikası, incəldilməsi və korreksiyası (sillikon implant ilə).
  • ayaq barmaqları qüsurları, sidaktiliya (ayaq barmaqlarının bitişik olması), ayaq barmaqların sayının normadan çox olması (çoxbarmaqlıq və ya polidaktiliya);

Yanıq yaraları:

  • yanıq izlərinin ləğvi və ya azaldılması;
  • yanıq kontrakturalarının (bitişmələri) ləğvi;
  • xroniki sağalmayan, yaxşılaşmayan yaraların müalicəsi;

Süd vəzisi əməliyyatları:

  • mammoplastika silikon implant ilə – süd vəzilərinin kiçik olması (Mikromastiya);
  • reduksion mammoplastika – süd vəzilərinin çox böyük olması (Makromastiya) zamanı;
  • Mastopexy (süd vəzilərinin yığılması) – Süd vəzilərinin sallanması zamanı;
  • TRAM əməliyyatı – süd vəzisinin tam cərrahi alınması sonrası süd vəzisi bərpası əməliyyatları;
  • hamiməlik sonrası süd vəzisi deformasiyalarında cərrahi yanaşma;

Bədən cavanlaşdırma əməliyyatları:

  • piylənmə və hamiləlik sonrası qarın sallanması (Abdominoplastika);
  • bədənin liposaksiyaüsülu ilə korreksiyası (Lazer və klassik üsülla yağların sovurulması);
  • çəki azaltma əməliyyatları (Meqaliposakşn);
  • bel və çanaq şəkilləndirmə əməliyyatları;
  • sağrı nahiyyəsinin korreksiyası;

Hamiləlik sonrası bədən şəkilləndirmə əməliyyatları;

Saç əkimi əməliyyatları.

 

Həkim profili

Həkim: Dr. Rövşən Babayev
Telefon: (051) 500 96 00
E-mail: info@doctortap.az
Sahə: Plastik cərrah
Təcrübə: 14 il iş təcrübəsi
Rəylərin sayı: 0
Tövsiyələr: 0      0

Bəyəndim
Bəyənmədim

Saytda cavab yalnız həkim qəbulunda olmuş pasientlər əlavə edə bilər. Bu sifarişli və yalan cavabların göndərilməsinin qarşısını alır. Əgər Siz bu həkimin qəbulunda doctortap.az vasitəsilə olmamısınızsa, Sizin cavabınız dərc edilməyəcək.

BİZƏ ZƏNG EDİN