Dr. Əmrəddin Rəcəbov

Əsas səhifə / Həkİmlərİn kataloqu / Dr. Əmrəddin Rəcəbov

Dr. Əmrəddin Rəcəbov

Ali dərəcəli neyrocərrah, neyroonkoloq, «Modern Hospital»-da neyrocərrahiyyə bölümünün rəhbəri. Mütəxəssis baş-beyin və onurğa beyninin, onurğanın (fəqərə arası disk yırtıqları (boyun və bel nahiyəsi), osteoxondroz, spondiloartroz, spinal stenozlar və s.) xəstəliklərinin, zədələrinin və şişlərinin müalicəsi üzrə ixtisaslaşır. Onurğa sütunun (fiksasiya) və onurğa beyninin zədələri, ağrılı sindrom, periferik sinir sistemin patologiyaları üzrə cərrahi müalicələri həyata keçirir.

Həkim profili

Həkim: Dr. Əmrəddin Rəcəbov
Telefon: (051) 500 96 00
E-mail: info@doctortap.az
Sahə: Neyrocərrah
Təcrübə: 45 il iş təcrübəsi
Rəylərin sayı: 15
Tövsiyələr: 12      0

Həkim haqqında

İş təcrübəsi:

  • 1974—1977 illər — Respublika xəstəxanası, neyrocərrah;
  • 1978—1985 illər — Bakı şəhəri Təcili tibbi yardım xəstəxanası, Neyrotravmatalogiya şöbəsinin müdiri;
  • 1985—1988 illər — Neyrocərrahiyyə xəstəxanası, neyrocərrah; 
  • 1988—2013 illər — Respublika Neyrocərrahiyyə Mərkəzi, Baş həkimin müalicə işləri üzrə müavini;
  • 1992—1993 illər — Türkiyə Respublikası, Ankara Nümunə xəstəxanası və Ankara Hacittəpə Universitetinin Neyrocərrahiyyə klinikası;
  • 2013 ildən — hal-hazırda — «Modern Hospital», neyrocərrah.


Təhsil

  • Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakultəsi, fərqlənmə diplomu ilə (1968—1974 illər);
  • Neyrocərrahiyyə üzrə kliniki ordinatura (1974—1976 illər).

 


Kurslar

  • Moskva şəhərində Burdenko adına Neyrocərrahiyyə  institutu və Ümumittifaq həkimləri təkmilləşdirmə institutunda mikro-neyrocərrahiyyə üzrə ixtisaslaşma (Rusiya, 1989—1990 illər);
  • Hacittepe Universiteti (Türkiyə, 1992—1993 illər).

Assosiasiyalarda üzvlük

  • Neyrocərrahlar assosiasiyası.

İcra edilən prosedurlar

  • baş-beyin və onurğa beyninin şişləri;
  • fəqərə arası disk yırtıqları (boyun və bel nahiyəsində);
  • fəqərə sütununun fiksasiya əməliyyatları. 

Qəbulda olan pasientlərin rəyləri

Razı qaldıq.
Ülkər Əkbərova
Həkimdən razı qaldıq!
Zakir Şirxan oğlu Yaqubov
Çox sağ olun! Minnətdaram!
Ələkbərova Gülbəs
Salam, bütün həkimlər Əmrəddin müəllim kimi olsunlar, diqqətlə insana qulaq asib müalicə edir. Çox sağolsun.
Mustafayeva Nərgiz
Həkimnən razi qaldim.
Mərəyeva Sevinc
Salam. Əmrəddin həkimi biz neçə illərdi taniyiriq , çox savadli, gözəl həkimdir.
Yaqubova Lalə
həm insan kimi, həm həkim kimi o qədər gözəl adamdır ki, sağolsun. Allah ona can sağlığı versin! Təşəkkürlər həkim!
Baxışova Kəmalə
Salam.Həkimin qəbulunda olduq hər şey yaxşıdır. çox sağolun
Məmmədova Günel
yaxşı həkimdir.razıyıq!
Bayramova Sevil
həkiminin qəbulunda olduq razı qaldıq.çox sağolsun
süleymanov məmmədsani
Anamla getdik hekimin qebuluna. Her zamanki kimi chox diqqetle muayine etdi, mualice yazdi. Mualicenin de neticesi yaxshi oldu shukur. Sag olsun hekim.
Kərimova Mənzurə
Müayinədən keçdik. Xidmətlərdən razıyıq. Həkim Çox sağolun.
Mansurov Misir
Mehriban, Səmimi həkimdir. Razı qaldıq xidmətlərdən. Təşəkkürlər Sizlərə!
Həsənova Lalə
Razıyam xidmətlərdən. Bəyəndik müayinəni. Çox sağolun.
Kərimova Mənzurə
Həkimə birinci müraciətim deyil, Çox sağolun sayənizdə rahat qəbula düşdük!
Məmmədli Rəvanə

Həkim profili

Həkim: Dr. Əmrəddin Rəcəbov
Telefon: (051) 500 96 00
E-mail: info@doctortap.az
Sahə: Neyrocərrah
Təcrübə: 45 il iş təcrübəsi
Rəylərin sayı: 15
Tövsiyələr: 12      0

Bəyəndim
Bəyənmədim

Saytda cavab yalnız həkim qəbulunda olmuş pasientlər əlavə edə bilər. Bu sifarişli və yalan cavabların göndərilməsinin qarşısını alır. Əgər Siz bu həkimin qəbulunda doctortap.az vasitəsilə olmamısınızsa, Sizin cavabınız dərc edilməyəcək.

BİZƏ ZƏNG EDİN