Ali dərəcəli həkim-endokrinoloq. Qalxanabənzər vəzi, 1-ci və 2-ci tip diabet xəstəliklərinin və onların fəsadlarını diaqnostika və müalicəsi üzrə ixtisaslaşıb. Həkim həmçinin piylənməni (bədənin çəkisinə və boyuna uyğun pəhriz təyin edilməsi), hipotalomo-hipofizar sistem xəstəliklərini, endokrin sonsuzluğu, böyrəküstü vəzləri xəstəliklərini, hirsutizm və hipertrixoz xəstəliklərini müalicə edir.
Elmi fəaliyyəti
4 saylı Şəhər Klinik Xəstəxanası. Daxili Xəstəliklər Mərkəzinin (DXM-2) kafedrasının dissertantı. Dissertasiyanın mövzusu: «I və II tip şəkərli diabet xəstələrində diabetik nefropatiyanın erkən mərhələlərinin aşkar olunmasında sitokinlərin rolu».
İş təcrübəsi:
- 2004—2005 — İnternatura, Endokrinoloji dispanser;
- 2007—2009 — 1 saylı Dəmiryol Poliklinikası, həkim-endokrinoloq;
- 2011 - Mərkəzi Neftçilər Xəstəxanası, həkim-endokrinoloq
- Hal hazırda - ATU Tədris Cərrahiyyə Klimikası
Təhsil
- Azərbaycan Tibb Universiteti, pediatriya fakultəsi (2004);
- İnternatura, Endokrinoloji dispanser (2004—2005).
Kurslar
- LMU, Ludwig-Maximilians-Universitat, Munich, Germany, March, 2008
- KCI Training center, UK, Gatwick VAC Therapy, Negative Pressure Technology, August 20 -October 20, 2013;
- KCI Distributor Education, Ankara, Turkey, October 25-30, 2013;
- The HARWARD MEDICAL SCHOOL, CME Online Endocrine Emergencies, August 25, 2014.
Assosiasiyalarda üzvlük
- Avropa Endokrinoloqlar Cəmiyyəti.
Qəbulda olan pasientlərin rəyləri