Aygün Vəliyeva

Qastroenteroloq, Endoskopist
9 il iş təcrübəsi
Böyüklər və uşaqlar
Həkim öz təcrübəsində bioloji təbəbət prinsiplərindən və metodlarından istifadə edir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Endoskopiyanı OLIMPUS CV-150 (Yaponiya) endoskop apparatı və ERBE VIO 200S+APC2 (Almanya) arqonplazmakoaqulyasiya cihazı ilə edir. Endoskopiya həm anesteziya, həm də anesteziyasız şəraitdə olmaqla həyata keçirilir. (Pasientlərin nəzərinə: mədə yoxlanılan zaman sonuncu qida qəbulu müayinədən əvvəlki axşam olmalıdır. Kolonoskopiya zamanı bağırsaq xüsusi imalə və ya işlədici dərmanlarla təmizlənməlidir. Polipektomiyadan sonra 24—48 saat ərzində xəstələrə aspirin və ya digər qan duruldan preparatlar qəbul etmək olmaz.)
Rayon, Seyid Cəfər Pişəvəri küç., 110

Rəylərin sayı
1
Tövsiyələr
1      0

Həkimin reytinqi pasientlərin real cavabları əsasında hesablanır

İş təcrübəsi:

  • 2009—2011 — «Bioloji Təbabət» klinikası, həkim-konsultant;
  • 2011 — hazırkı dövrə qədər — «Bioloji Təbabət»klinikası, qastroenteroloq-endoskopist.

Təhsil

  • Azərbaycan Tibb Universiteti, pediatriya fakultəsi (1998—2004);
  • İnternatura, 1 saylı Uşaq İnfeksion Xəstəxanası, həkim-intern (2005).

Kurslar

  • 2009 — Bioloji təbabət kursları (Baden-Baden, Almanya);
  • 2011 — «Böyüklər və uşaqlarda qastroenteroloji xəstəliklərin endoskopik diaqnoz və müalicəsi», invaziv endoskopiya stajı;
  • 2013 — Türkiyə Trabzon-Karadeniz Texnik Universiteti Tıp fakultəsi Qastroenteroloji bölümü, invaziv Endoskopiya kursu.

İcra edilən prosedurlar

  • ezofaqoqastroduodenoskopiya (qida borusu, mədə və 12-barmaq bağırsağın müayinəsi);
  • sürətli ureaza testi (mədədən alınan biopsiya ilə helicobakter pylory-nin təyin olunma testi);
  • kolonoskopiya (yoğun bağırsağın total müayinəsi);
  • soltərəfli kolonoskopiya (yoğun bağırsağın soltərəfli müayinəsi);
  • siqmoidoskopiya (S-varı bağırsağın müayinəsi);
  • rektoskopiya (düz bağırsağın müayinəsi);
  • polipektomiya (poliplərin endoskopik olaraq kəsilməsi);
  • arqon plazma koaqulyasiyası;
  • angiodisplaziya və teleangioektaziyala r(vaskulyar lezyonlar);
  • xora və polipektamiya qanamaları;
  • radiasyon kolitlər;
  • hemoklips qoyulmas ı(xora qanamasında qanayan damara və polipektamiya yerinə).
Sevlan Abdullayev
Bu həkim üzrə sual aşkar edilməmişdir
Bəyəndim
Bəyənmədim

Saytda cavab yalnız həkim qəbulunda olmuş pasientlər əlavə edə bilər. Bu sifarişli və yalan cavabların göndərilməsinin qarşısını alır. Əgər Siz bu həkimin qəbulunda doctortap.az vasitəsilə olmamısınızsa, Sizin cavabınız dərc edilməyəcək.

BİZƏ ZƏNG EDİN