Нет данных
Связаться с нами
Связаться с нами
(055) 500 96 00
Мой аккаунт
Мой аккаунт

Haqqımızda

Bildiyiniz kimi, insanlar üçün başlıca informasiya mənbəyi rolunda məhz internet çıxış edir. Hər hansı bir şəxs, məhsulu və yaxud, xidməti əldə etməmişdən öncə, onun haqqında internetdə araşdırma aparır, rəyləri oxuyur, bənzər analoqları ilə müqayisə edir. Tibbi xidmətlər və onları təqdim edən mütəxəssislər də buna istisna deyil. Belə xidmətlərin irəlilədilməsi üçün bir çox alətlər mövcuddur ki, DoctorTap onlayn portalı da bunlardan biridir. 

DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq. Bu məqsədlə, mütəxəssis haqqında ətraflı məlumat (təcrübə, kvalifikasiya, ixtisaslaşma, qəbul vaxtı və s.) olan həkimlər bazası yaradılır, qəbuldan dərhal sonra isə pasiyentlərin həqiqi rəyləri paylaşılır. Beləliklə, pasiyentlər müvafiq həkimi asanlıqla tapa və qısa müddətdə qəbuluna yazıla bilərlər. Həkimlərə isə biz, özləri və xidmətləri haqqında məlumat verməyə imkan verən platformanı təqdim etmiş oluruq. Hər şey çox sadə, şəffaf və asandır!
Portalımızda həkimlər və klinikalar bazası daima yenilənir, Sizi və klinikanızın əməkdaşlarını da bu siyahıda görməkdən şad olarıq!

Əlavədə anket forması və bizim təklifimizlə daha yaxından tanış olmanız üçün təqdimat yerləşdirilib.

Hörmətlə və gələcək əməkdaşlıq ümidi ilə, 

DoctorTap komandası