(012) 310 09 10
(051) 500 96 00


WORLDMED, Amerika Stomatoloji İmplant Mərkəzi

Ə. Ələkbərov küç., 5, 565-ci məhəllə
Rəylərin sayı
0
Tövsiyələr
0      0

Həkimin reytinqi pasientlərin real cavabları əsasında hesablanır

Biz sizə aşağıdakı stomatoloji yardımı göstərməkdən məmnunluq duyuruq:
 
Tam diaqnostik müayinə 
  • Ən müxtəlif texnologiyalardan və rentgen çəkilişlərindən istifadə etməklə, bizim Həkim dişlərinizin və sümük toxumalarının vəziyyəti barədə tam informasiya verəcəkdir ki, bu da dəqiq diaqnoz qoyulmasına, mümkün xəstəliklərin proqnozlaşdırılmasına və düzgün müalicə planının tərtib olunmasına şərait yaradacıqdır. 
Uşaqlar və böyüklər üçün terapevtik müalicə 
  • Plomblanma. Klinika ən müasir texnologiya — ABŞ-da istehsal olunan işıqda bərkiyən kompozitlər vasitəsilə dişlərin plomblanmasını təklif edir. Bu plombun qoyulması üçün xəstənin bir gəlişi kifayətdir. Digər tip isə kompozit, qızıl və keramik plomblardır. Onlar laboratoriyada hazırlanır və qoyulması üçün xəstənin bir neçə dəfə gəlməsini tələb edir. 
  • Endodontiya (kanalların müalicəsi). Xəstənin bir neçə gəlişi zamanı həyata keçirilən bu prosedur kanalların təmizlənməsini və onların Amerika standartına uyğun olaraq, quttaperçadan qayrılmış milciklər vasitəsilə plomblanmasını nəzərdə tutur. Bu metod damar-sinir topasına malik diş boşluğunun infeksiyası zamanı istifadə olunur. 
Dişlərin çəkilməsi və implantasiya 
  • Klinikada ağrısızlaşdırmaq yolu ilə müxtəlif çətinlikli dişlərin çəkilməsi həyata keçirilir. 
  • Dişlərin implantasiyası — diş yuvalarına titan milciyin yeridilməsi və metal-keramik koronkalar vasitəsilə protezləşdirmə prosedurudur. Əməliyyat ağrısızlaşdırma yolu ilə bir neçə mərhələdə həyata keçirilir. Çıxan protezlərə malik xəstələr üçün də implantasiya mümkündür. 
Protezləşdirmənin müxtəlif növləri 
  • Klinika farfor (keramik) və metal-keramik koronkalar, "körpü"lər, bügel protezləri, həmçinin qismən və çıxan protezlər təklif edir. 
Kosmetik prosedurlar (vinirlər də daxil olmaqla) 
  • Vinirlər — dişlərin rəngini, ölçüsünü və formasını düzəltməyə imkan verən farfor lövhəciklərdir. İki cür vinirlərdən istifadə olunur: işıqda bərkiyən vinirlər xəstənin bir gəlişini, farfor vinirlər isə bir neçə gəlişini tələb edirlər. Vinirlər ABŞ laboratoriyalarında hazırlanır. 
Ortodont üzrə məsləhətlər 
  • Ortodontik aparatlardan, breket sistemlərdən (plastik örtüklü metal məftil karkası) istifadə etməklə dişlərinizin üst-üstə düşməsindəki qüsurlar aradan qaldırılır. 
Dişlərin gigiyenik təmizlənməsi və ağardılması 
  • Bu prosedur damaqaltı və damaqüstü diş daşlarının və ərpin təmizlənməsini nəzərdə tutur. Klinikaya vaxtında və müntəzəm gəlməklə siz paradontozdan yaxa qurtara bilərsiniz. Ağardılma vasitəsilə diş minasının rəngini daha parlaq etmək olar.

 

AMERİKA STOMATOLOJİ İMPLANT MƏRKƏZİNDƏ STERİLLƏŞDİRMƏNİN PROTOKOLU

Biz sterilləşdirmənin 5 mərhələli protokoluna ciddi şəkildə əməl edirik :
  • Hər bir proseduradan sonra alətlər yığılır və 10 dəqiqə ərzində xüsusi qatılaşdırılmış bakterisid məhlulda saxlanır. Sonra onlar məhluldan çıxarılıb yuyulur, axar isti suyun altında şotka ilə təmizlənir. 
  • Sonra onlar içərisində isti biosəs məhlulu olan ultrasəs təmizləmə aparatına qoyulur ki, bu da alətlərin üzərindəki istənilən çirk qalıqlarını məhv edir. Bunun ardınca onlar yenidən yuyulur və qurudulur. 
  • Təmiz alətlər sterilləşdirmənin səmərəliliyini göstərən indikatora malik xüsusi paketlərə qoyulur. 
  • Paketlər sterilləşdirmə avtoklavına (Sirona, Germany) yerləşdirilir və burada sağ qalma ehtimalı olan bütün virus və bakterial mikroorqanizmləri məhv etmək üçün vakuum şəraitində yüksək təzyiq və istilikdən istifadə edilir. Bu, Amerika Stomatoloqlar Assosiasiyası tərəfindən tövsiyə olunan və bütün dünyada özünü doğruldan metoddur, həm də vərəm, İİV, A, B, C hepatitləri və s. kimi bakterial və virus infeksiyalarının hamısına qarşı 100% səmərəlidir. 
  • Bütün səthlər, şkaflar, rəflər, xəstənin kreslosu, həkimin və assistentin stulları xüsusi təmizləyici maddələr və dərmansəpənlər vasitəsilə təmizlənir ki, bu da mikrorqanizmlərin hamısının məhv olmasını təmin edir.
Bu klinika üzrə rəy aşkar edilməmişdir
Bu klinika üzrə sual aşkar edilməmişdir
Həkimlər üzrə məlumat aşkar edilməmişdir
Bəyəndim
Bəyənmədim

Saytda cavab yalnız həkim qəbulunda olmuş pasientlər əlavə edə bilər. Bu sifarişli və yalan cavabların göndərilməsinin qarşısını alır. Əgər Siz bu həkimin qəbulunda doctortap.az vasitəsilə olmamısınızsa, Sizin cavabınız dərc edilməyəcək.

40.380350, 49.817032
BİZƏ ZƏNG EDİN