(012) 310 09 10
(051) 500 96 00


MediClub klinikası

Üzeyir Hacıbəyov küç. 45
Rəylərin sayı
0
Tövsiyələr
0      0

Həkimin reytinqi pasientlərin real cavabları əsasında hesablanır

MediClub – Azərbaycanın ilk özəl milli tibbi assistans şirkətidir. Yarandığı vaxtdan (1998-ci il) MediClub rəhbərliyi beynəlxalq tibbi standartlara əsaslanan keyfiyyətli tibbi xidmət göstərməyə, yüksək səviyyəli tibbi kadrların işə cəlb edilməsi və hazırlanması yolunu tutmuşdur. MediClub – Şahdəniz, Rusiya və Səngəçal terminalından başlayaraq (Azərbaycan Respublikası) Supsayadək (Gürcüstan Respublikası) Bakı - Ceyhan kimi neft kəmərlərinin əsas tibbi operatorudur. Tibbi təminat təcili və təxirəsalınmaz yardım, poliklinika, stasionar xidməti, sənaye təbabəti və tibbi təxliyədən ibarətdir. 1999-cu ildən başlayaraq MediClub şirkəti dəfələrlə Azərbaycan və Gürcüstan ərazisində Britiş Petroleum, Şell, Statoil, Unokal, RAMKO, Exxon, Kvaerner, Delta, Amerada – Hess kimi şirkətlərin elan etdiyi tibbi yardım xidməti tenderlərinin qalibi olmuşdur. MediClub adı yüksək keyfiyyətli tibbi xidmət, yüksək səviyyəli işçi reputasiyası, vəzifə borclarının cavabdehliklə yerinə yetirilməsi, operativ, davamlı və düzgün idarəetmə qərarlarının qəbul edilməsi ilə səciyyələndirilir. Bu gün şirkətdə 49 elmlər namizədi, 21 tibb elmləri doktoru və 400-dən artıq əməkdaş çalışır. Bütün rəhbər vəzifələrdə çalışan işçilər şirkətin yarandığı vaxtdan öz sənət və idarəetmə bacarıqlarını artıraraq burada fəaliyyət göstərirlər. Əməkdaşlar işə müsabiqə əsasında bir necə dil bilmək şərti ilə qəbul olunurlar. MediClub şirkətinin tibbi kadrların hazırlanması üçün özəl sistemi vardır. Həmcinin, əməkdaşlar vaxtaşırı Avropa və ABŞ-in mütəxəssis hazırlığı mərkəzlərində təlimat kurslarına göndərilirlər. Tibbi xidmətlər: Pediatriya, Ümümi praktika, Təcili yardım, Stasionar, Cərrahiyə, Diaqnostika, Laboratoriya, Tibbi Daşınma, Ginekologiya və mamalıq, Stomatologiya, Fizioterapiya, Əczəxana.
Bu klinika üzrə rəy aşkar edilməmişdir
Bu klinika üzrə sual aşkar edilməmişdir
Bəyəndim
Bəyənmədim

Saytda cavab yalnız həkim qəbulunda olmuş pasientlər əlavə edə bilər. Bu sifarişli və yalan cavabların göndərilməsinin qarşısını alır. Əgər Siz bu həkimin qəbulunda doctortap.az vasitəsilə olmamısınızsa, Sizin cavabınız dərc edilməyəcək.

40.3760655,49.8560404
BİZƏ ZƏNG EDİN