Baku Clinic

Baku Clinic

Maşın dayanacağı      Uşaq otağı      Kartla ödəniş      Kafe     
Ak. H. Əliyev, 101
Rəylərin sayı
0
Tövsiyələr
0      0

Həkimin reytinqi pasientlərin real cavabları əsasında hesablanır

Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Elə buna görə də sağlamlığımıza fikir verməliyik. Ən azı ildə bir dəfə ümumi müayinədən keçməyimiz vacibdir. Bu mənada, Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Baku Clinic klinikası hər zaman sizə yüksək səviyyəli xidmət göstərməyə hazırdır. Azərbaycanın tibb aləminə yenilik gətirən və 1999-cu ilin may ayından ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur. Mərkəzdə yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Xalqın etibarını qazanmış Klinika əhaliyə geniş spektrda tibbi xidmət göstərir. Mərkəzin laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə 300-dən artıq müxtəlif növ analizlər aparılır. Beləki, Baku Clinic laboratoriyasında insan müdaxiləsi olmadan mində bir dəqiqliklə 1 saat ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı mərkəzdə digər diaqnostik xidmətlər də göstərilir. Bu xidmətlər sırasına maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiya (KT), Rentgenoqrafiya, mamoqrafiya, ultrasəs müayinələri, endoskopik, kardioloji və s. müayinələr daxildir. Klinikamızda həmçinin kosmetoloji bölmə də yer almışdır. Azərbaycanda yalnız Baku Clinic-də olan diodlu lazer epilyasiya aparatı, əməliyyatsız və ağrısız arıqlama, dəri liftinqi, cavanlaşdırma aparatları və massaj vasitələri ilə həmişə gənc qalacaq, gözəl görünəcəksiniz. Gülərüz personalımız, eləcə də həkim-məsləhətçilərimiz Sizə düzgün istiqamət verəcək. Baku Clinic klinikası aparılan müayinələrin məxfiliyinə tam təminat verir. Klinika son dərəcə müasir, son dərəcə dəqiq və son dərəcə təkmilləşdirilmiş bir tibb mərkəzidir. Mərkəzdə dünyanın ən qabaqcıl firmalarının dünya standartlarına uyğun cihaz və reaktivləri istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tam çeşiddə tibbi xidmət göstərilir. Mərkəzimizdə yüksək ixtisaslı peşəkar həkimlər və müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə kabinetləri fəaliyyət göstərir. Təcrübəli həkimlərimiz sizə kömək etməyə həmişə hazırdırlar. Bütün fəaliyyət dövrü ərzində Baku Clinic kadr potensialına fikir vermiş, fəaliyyətə başladığı ilk günlərdə məşhur xarici partnyorlarla iş birliyi qurmuşdur. Klinikamız daimi olaraq fəaliyyət dairəsini genişləndirərək, dünya tibb aləmində baş verən yeniliklərlə maraqlanır, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə iştirak edir və bütün yenilikləri burada tətbiq edir. Müəssisədə pasientlərin tam rahatlığını təmin etmək üçün hər bir şərait nəzərə alınmışdır. Beləki, müəssisənin 7-ci mərtəbəsində istirahət guşəsi, habelə kafe, 1-ci mərtəbə də isə daxili Aptek fəaliyət göstərir ki, bu da Klinikaya müraciət edən xəstələrə həkimlərimiz tərəfindən təyin olunmuş dərmanları zəngin Aptekimizdən birbaşa əldə etmə imkanını yaradır.
Bu klinika üzrə rəy aşkar edilməmişdir
Bu klinika üzrə sual aşkar edilməmişdir
Bəyəndim
Bəyənmədim

Saytda cavab yalnız həkim qəbulunda olmuş pasientlər əlavə edə bilər. Bu sifarişli və yalan cavabların göndərilməsinin qarşısını alır. Əgər Siz bu həkimin qəbulunda doctortap.az vasitəsilə olmamısınızsa, Sizin cavabınız dərc edilməyəcək.

BİZƏ ZƏNG EDİN