Məlumat yoxdur
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Xalid Abbasov

Xalid Abbasov

İxtisası
Qastroenteroloq, Endoskopist
İş təcrübəsi
20 il iş təcrübəsi
Qəbul qiyməti
35.00

Həkim endoskopist - qastroentroloq növbəti xəstəliklərin müalicəsində ixtisaslaşır: xroniki qastritlər, mədə və onikibarmaq, bağırsaq xoraları, reflyuks ezofaqit, hiatal hernia, xoralı kolit, kron xəstəliyi, qıcıqlanmış bağırsaq sindromu, xroniki virus hepatitləri B və C, autoimmun hepatit, yağlı qaraciyər xəstəliyi, alkoqollu hepatit. Endoskopiya prosedurunu həyata keçirir.

daha ətraflı
  • Pasientin fikirləri Rəylər
  • Həkim haqqında ətraflı məlumat Haqqında
  • Oxşar həkimlər Oxşar həkimlər
Əlixanov Rəşad
Müayinə və xəstəyə yanaşma tərzi çox yüksək səviyyədə idi . Razı qaldıq
Zeynalova Tatyana
razıyam həkimdən
Əliyev Fəxrəddin
cox sagolun
Gülər Cavadova
Xoşuma gəldi, yaxşı həkimdir.
Rzayeva Maya
Xidmətlərdən razıyıq, Çox sağ olun Həkim!

Həkim haqqında

İş təcrübəsi:

  • 2002—2006 illər —  Hərbi Hospital, həkim-infeksionist;
  • 2006—2010 illər —  Hərbi Hospital, həkim-terapevt (qastroenteroloq);
  • 2010—2014 illər — Hərbi Hospital, ümumi terapiya bölməsinin rəisi;
  • 2016 il — Somali, Moqadişu, Türk Hospital, həkim - qastroenteroloq, endoskopist;
  • 2016 il — 2018 — «Starlab»Tibb Mərkəzi, həkim-qastroenteroloq, endoskopist.
  • 2018 il — hazırki dövrə qədər — «Medicus»Tibb Mərkəzi, həkim-qastroenteroloq, endoskopist.

Təhsili

  • Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakultəsi (1996—2000 illər);
  • Azərbaycan Tibb Universiteti, hərbi-tibb fakultəsi (2000—2002 illər).

Kurslar

  • Təkmilləşmə kursu, Gülhanə Hərbi Tibb Akademiyasının Qastroenterologiya və Hepatologiya şöbəsi, Türkiyə, Ankara (2010);
  • Qastroenterologiya ixtisası üzrə təkmilləşmə kursu, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu (2015);
  • Qastroenterologiya ixtisası üzrə təkmilləşmə kursu,Azərbaycan Tibb Universiteti (2015);
  • Təkmilləşmə kursu, İstanbul Universitetininİstanbul Tibb Fakultəsinin Qastroenterologiya və Hepatologiya şöbəsi, Türkiyə (2015).

Prosedurlar

  • qastroskopiya;
  • kolonoskopiya;
  • ezofaqus venalarının band liqasiyası;
  • qanaxmanın endoskopik dayandırılması;
  • endoskopik polipektomiya;
  • ezofaqusa stend yerləşdirilməsi;
  • perkutan endoskopik qastrostomi (PEQ).

 

Qəbula yazıl