Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım
Məlumat yoxdur
Sənan Aşirov Ortoped, Travmatoloq həkimi Bakı Sağlamlıq Mərkəzi hekimi

Sənan Aşirov

İxtisası
İş təcrübəsi
16 il iş təcrübəsi
Qəbul qiyməti
50.00

Doktor Sənan Aşırov — həkim cərrah, travmatoloq-ortoped, dayaq-hərəkət aparatında,topuq, çiyin, dirsəkvə bud-çanaq oynaqlarında yaranan xəstəliklərin müalicəsi üzrə ixtisaslaşır. Bunnan başqa, zədə və onun ağırlaşmaların terapiyasını, cərrahi və travmatoloji xasiyətli patologiyalı uşaqların müşahidəsini həyata keçirir.  

Doktor Sənan Aşırov — həkim cərrah, travmatoloq-ortoped, dayaq-hərəkət aparatında,topuq, çiyin, dirsəkvə bud-çanaq oynaqlarında yaranan xəstəliklərin müalicəsi üzrə ixtisaslaşır. Bunnan başqa, zədə və onun ağırlaşmaların terapiyasını, cərrahi və travmatoloji xasiyətli patologiyalı uşaqların müşahidəsini həyata keçirir.  

  • Həkim haqqında ətraflı məlumat Haqqında
  • Pasientin fikirləri (4) Rəylər (4)
  • Oxşar həkimlər Oxşar həkimlər
həsənova zərifə
Salam. Sizin necə səmimi oldugunuzu xəstələrlə necə gözəl rəftarinizi bilirəm.Sizin xestənizəm inşallah sizə muraciət eden butun xəstələr əlinizin gözəl şəfasini tapar Allah əməyinizi itirməsin Allah sizə kömək olsun
Aylin
Coox razı qaldıq
Minarə Quliyeva
Həkim gözəl və peşəkardır ! Çox hörmət etdiyimiz həkimdir. Sağolsun!
İsmayılova Şövkət
Qəbulda olduq, Çox sağolun 3 həftəyə əməliyyat edəcək həkim. razıyıq xidmətlərdən.

Həkim haqqında

  • 2010 il — N. Tusi adına klinika— Travmatoloq-ortoped;
  • 2010 il — «Florence Nightingale» xəstəxanası (Türkiyə) — Travmatoloq-ortoped;
  • Hal-hazırda — «Funda» klinikası — Travmatoloq-ortoped;

Təhsili

  • Sankt-Peterburq Dövlət Tibb Universiteti, Travmatologiya və Ortopediya  — Klinik Ordinatura (Rusiya, 2006—2008 illər);
  • «Florence Nightingale» xəstəxanası — İnternatura (Türkiyə,2010—2011 illər).

Kurslar

  • VREDEN ad. Travmatologiya İnstitutu, Böyük oynaqların endoskopik cərrahiyyəsi üzrə kurs (Sankt-Peterburq ş., Rusiya, 2008 il);
  • Diz və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi üzrə kurs (Gürcüstan, 2008 il);
  • «Florence Nightingale» Hospital(Türkiyə, 2010 il);
  • Türk Spor Yaralanmaları və Diz Cərrahiyyəsi üzrə konqress (Türkiyə, 2010 il);
  • «Florence Nightingale» Hospital, Postravmatik Kaynamama, Deformite və Enfeksiyon Eğitim toplantısı(Türkiyə, 2010 il);
  • XII GKD PEV Çoçuk travma üzrə kurs (Konya ş., Türkiyə, 2010 il);
  • XXII Ulusal Türk Ortopedi və Travmatoloji Konqres (Türkiyə, 2011 il);
  • AO Trauma Course-Principles in operativ Fracture Management(Kiyev ş., Ukrayna, 2012 il);
  • Artroscopic Surgery Course Knee and Shoulder Session (Strasburq ş., Fransa, 2012 il);
  • IIV Omuz və Dirsək Cərrahisi Konqresi (İstanbul ş., Türkiyə, 2012 il);
  • Arthroplasty Course(Bakı ş., Azərbaycan, 2013 il);
  • Artroscopic Surgery Course Hip Session (Strasburq ş., Fransa, 2013 il);
  • Travmatoloq və Ortopedlərin I Qurultayı (Bakı ş., Azərbaycan, 2014 il);
  • «Joint preservation of the hip» course (2014 il);
  • «Hip and knee protesis» course(İtaliya, 2014 il);
  • «Intraarticulyar inection technic and PRP technic» (Rumıniya, 2014 il).

Prosedurlar

  • аrtroskopik diaqnostika və cərrahi əməliyyatlar;
  • dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması);
  • artroskopik menisk yırtıqların bərpası;
  • artroskopik oynaqdaxili yad cismlərin çıxarılması və bağların təmiri;
  • artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi;
  • topuq, çiyin, bud-çanaq və dirsək oynaqlarının artroskopiyası;
  • ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullar ilə carrahi müalicəsi;
  • çanaq sümüklərinin osteosintezi;
  • metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) üsulları;
  • osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi;
  • artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi;
  • oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi;
  • vertebral cərrahiyyə (fəqərə sınıqları, skolioz və kifozların cərrahi müalicəsi);
  • əl cərrahiyyəsi;
  • bərpaedici vətər və sinir əməliyyatları;
  • ətraflarda kəsilmiş hissələrin bərpası;
  • müxtəlif lokalizasiyalı sümük törəmələrin radikal çıxarılması;
  • sümüklərin uzadılması əməliyyatları;
  • uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının konservativ və cərrahi üsullar ilə müalicəsi;
  • ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi;
  • uşaqlarda anadangəlmə deformasiyaların düzəldilməsi;
  • spastik kontrakturalarda BOTOX iynəsinin vurulması.

 

Qəbula yazıl