Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım
Məlumat yoxdur
Natiq Mirzəyev Cərrah həkimi Respublika  Diaqnostika Mərkəzi hekimi

Natiq Mirzəyev

İxtisası
İş təcrübəsi
18 il iş təcrübəsi

İxtisas: Ürək-damar cərrahı / Kardioəməliyyat blokunun müdiri Dərəcə: Tibb Elmləri Namizədi

İxtisas: Ürək-damar cərrahı / Kardioəməliyyat blokunun müdiri Dərəcə: Tibb Elmləri Namizədi

  • Həkim haqqında ətraflı məlumat Haqqında
  • Pasientin fikirləri (1) Rəylər (1)
  • Oxşar həkimlər Oxşar həkimlər
Məmmədov Elman
Çox razı qaldıq. Sağolsun

Həkim haqqında

Hal hazırda - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 


Təhsili

  • Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi – 1998-2004;
  • Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, klinik ordinatura – 2004-2006;
  • Rusiyanın Moskva şəhərində yerləşən A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzində ürək-damar cərrahı, aspirantura – 2006-2009;
  • Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib – 2009-2012;
  • Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahı vəzifəsində çalışır – 2012-ci ildən bu günədək.

Kurslar

  • Berlində yerləşən Charite Xəstəxanasında Avropa tələbələrinin 17-ci konfransında minimal invaziv koronar cərrahiyyə haqqında elmi işini təqdim edib – 2006;
  • İzmirdə Türk Kalp ve Damar Cerrahisi Derneğinin 10-cu Ulusal Kongresi – 2008;
  • Antalyada Türk Kalp ve Damar Cerrahisi Derneğinin 11-ci Ulusal Kongresi – 2010;
  • Qazaxıstanın Astana şəhərində “Advanced Cardiac Workshop” – 2012;
  • Bakıda Respublika Diaqnostika Mərkəzində “Mitral qapaq təmiri” kursu – 2014;
  • İstanbulda “Aort qapaq təmiri” kursu – 2014;
  • Antalya Türk Damar ve Endovasküler Cerrahi Derneğinin 17-ci Kongresi – 2015;
  • Almaniyanın Leypsiq şəhərində Herzzentrum Leipzig Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2017;
  • İtaliyanın Roma şəhərində “ISMICS (The International Society for Minimally Invasive Cardiothoracic Surgery) Annual Meeting” – 2017;
  • Almaniyanın Ştutqart şəhərində Robert Bosch Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2018;
  • Ankara TOBB ETU Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2018;
  • İstanbul “Siyami Ersek” Ürək-damar Xəstəxanasında kursda iştirak edib – 2019;
  • Kievdə “Dobrobut Cardiac Center”də “Minimal invaziv ürək-cərrahiyyəsi” kursu – 2019;
  • Hollandiya Maastrixt şəhərində “Minimal invaziv qapaq” kursu – 2019;
  • Avstriyanın İnsbruk şəhərində “Minimal invaziv qapaq cərrahiyyəsi” kursu – 2019;
  • Portuqaliyanın Lissabon şəhərində “33th EACTS Annual Meeting” – 2019;
  • Istanbul Medical Park Xəstəxanasında “Minimal invaziv ürək cərrahiyyəsi” kursu – 2019;
  • Moskvada (2006-2009) və Bakıda təşkil olunan əksər ürək-damar cərrahiyyəsi toplantılarında və 2009-cu ildən (hər 2 ildən bir) keçirilən Bakı Ürək Günləri beynəlxalq konqreslərində aktiv iştirak etmişdir

Prosedurlar

  • Aorta-koronar şuntlama (ürəyin tac damarları üzərində əməliyyatlar);
  • Ürək qapaq əməliyyatları (protezləşdirmə və plastika);
  • Aorta üzərində əməliyyatlar (anevrizma və disseksiyaların cərrahiyyəsi);
  • Böyüklərdə anadangəlmə ürək qüsuru əməliyyatları (12 yaşdan yuxarı);
  • Minimal invaziv ürək əməliyyatları (5-7 sm-lik kiçik kəsiklə və döş sümüyünü kəsmədən qabırğa arasından koronar, qapaq və anadangəlmə ürək qüsuru əməliyyatları);
  • Yuxu arteriyası üzərində əməliyyatlar (karotis arteriya cərrahiyyəsi).

Qəbula yazıl