Alimlər yuxusuzluğun insan üçün nədən təhlükəli olduğunu izah ediblər

ABŞ-ın Los-Ancles şəhərindən alimlər insanın yuxusuzluq problemini araşdırmış və belə qənaətə gəlmişlər ki, yuxusuzluğun beyinə mənfi təsiri alkoqollu içkilərin mənfi təsirinin qüvvəsinə barələrdir. Bu mövzu ilə məqalə "Nature Communications" adlı elmi jurnalda dərc olunub. 

Məlumata görə, mütəxəssislər epilepsiya xəstəliyindən əziyyət çəkən 12 nəfərin beynini elektrodların köməyi ilə təhlil etmişlər. Bu zaman bütün iştirakçılardan verilən təsvirləri kateqoriyalara ayırmaq tələb olunmuşdu. 

Nəticədə məlum oldu ki, insanın nə qədər çox yuxusu gəlirsə, bir o qədər də qoyulmuş tapşırığın öhdəsindən gəlmək ona çətin idi. 

"Yuxusuzluğun beyinin aktivliyini necə azaltdığını müşahidə etmək çox maraqlı idi. Adi vəziyyətdə sürətli fəaliyyət göstərən neyronların reaksiyasının sürəti və effektivliyi çox aşağı səviyyəyə düşmüşdü",-- deyə doktor Yuval Nir izah edir. 

Həmçinin alimlər qeyd etmişlər ki, insanın oyaq olmasına baxmayaraq onun beyninin müəyyən hissələri elə bil "yuxulu" vəziyyətdə idi. Bu da nəticədə görmə qabiliyyətində problemlərin yaranmasına və yaddaş pozuntusuna səbəb olmuşdu. 

"Bu, ətraf aləmi necə qəbul etdiyimizə və ona necə reaksiya göstərdiyimizə dair koqnetiv hesablamalar üçün əsas yaradır",-- deyə mütəxəssislərdən biri qeyd edir. 

www.doctortap.az

 

ПОЗВОНИТЕ НАМ