Qanaxma zamanı İlkin yardım

Düşünürük ki, hər birimiz müxtəlif hadisələr baş verdikdə ətrafımızdakilərə ilkin yardım gözstərilməsini bilməlidir. Bu halda nəticə kəskinləşməmiş zərərçəkənin alacağı xəsarəti yüngülləşdirmək mümkündür.

Qanaxmalar 3 növ olur: arterial, venoz, kapilyar.
1. Kapilyar qanaxmalar hətta kiçik yaralanma zamanı belə baş verir. Bu qanaxmanı saxlamaq asandır, çünki kapilyarlarda qan daha yavaş hərəkət edir. Kapilyar qanaxma zamanı aşağıdasalananları etmək qərəkdir:
- Yaranı dezinfeksiya etmək;
- Yaraya təmiz cuna ilə sarğı etmək.

2. Venalarda isə qan daha tez hərəkət edir və qanın laxtalanması funksiyası bu hallarda o qədər də kömək etmir. Zərərşəkən çox qan itirə bilər və bu ölümcül nəticələnə bilər.
Venoz qanaxma zamanı aşağıdasalananları etmək qərəkdir:
- Bədənin zədələnmiş hissəsini yuxarı qaldırmaq;
- Yaraya sıxıcı sarğı etmək (güclü qanaxma zamanı yaranın üst hissəsini rezinlə sıxmaq);
- Zərərçəkəni təcili sağlıq ocağına göndərmək.

3. Arterial qanaxma zamanı qan rəngi al qırımızı olmağı ilə seçilir və nəbzvari qanaxma olur. Bu halda qanın dayandırılması üçün dərhal tədbir görülməlidir.
- Qanı yavaşlatmaq üçün arteriyanı üst hissədən sıxmaq;
- Yaranın üst hissəsini rezin və ya əldəqayırma hörmə ilə sıxmaq;
- Rezin hörmənin tətbiq edildiyi vaxtı vərəqdə qeyd etmək;
- Zərərçəkəni dərhal sağlıq ocağına göndərmək.
* Hörməni qoyulannan 2 saatdan gec olmayaraq boşaltmaq və ya çıxarmaq gərəkdir (toxmalar nekroz (ölməsin) olmasın deyə).

www.doctortap.az

 



ПОЗВОНИТЕ НАМ