(012) 310 09 10
(051) 500 96 00

Kandidozlu meningit (göbələkli meningit)

Kandida meningiti - maya göbələklərinin mərkəzi sinir sisteminə yayılması nəticəsində yaranan iltihabdır. Kandida meningiti, əsasən yeni doğulmuş və erkən doğulmuş körpələrdə müşahidə olunur. Əməliyyatdan sonra ikinci dəfə infeksiya yarana bilər. İmmun çatışmazlığı xəstəliyi fonunda xəstəlik sanki dahada aqressivləşir. 60% hallarda, uzun müddətli antibiotik müalicəsi alınması ilə iltihabi xəstəliklər sağala bilir. 

Kanditik meningitin xroniki vəziyyətində bədən temperaturu 38°-ə qədər qalxır.

Xəstələr baş gicəllənməsindən, ürəkbulanmadan, qıcolmalardan, yeriyərkən ayaq qaçmalardan şikayət edir. 

Diaqnoz:

  • Hemoqram (leykositozların nisbətən sola yönümlülüyü/neytropeniya, eritrosit sürətinin qismən azalması)
  • Likvorun aşkarlanması
  • Qanın serologik müayinəsi Onurğa sinir sistemi mikroskopik müayinədə həssaslığı ölçülür
  • Elektroensefaloqrafiya (epileptik aktivliyi)
  • Beynin maqnit-rezonans tomoqrafiyası

Differensial diaqnoz:

  • beyin xərçəngi,
  • Bakterial miningit,
  • Digər potologiyalı beyin absesi,
  • Baş beyin qumması.

Müalicə həkim mütəxəssisin diaqnozundan sonra təyin edilməlidir. Antimikotik müalicə, təsirlənmiş toxumaların rezeksiyası, zədələnmiş əzələlərin çıxarılması, baş beyin təzyiqin normallarşdırılması həyata keçirilir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN