(012) 310 09 10
(051) 500 96 00

Yumurtalıq kistləri zamanı bilməlisiniz ki...

Hər bir qadında yumurtalıqlarından birində ən azı bir dəfə içində maye olan kist "kisəsi" yaranır. Çox hallarda yumurtalıq kisti, ağır simptomlar və ağrı ilə müşayiət edilmir, bu səbəbdən kistin müşahidəsi, yalnız müntəzəm ginekoloji müayinə zamanı aşkar edilə bilər.

Bəzən böyük ölçülü kist ürəkbulanma, qusma, qarın ölçülərinin böyüməsi, bağırsaqlarda narahatlıq və cinsi əlaqə zamanı ağrılı simptomlarına malikdir.

Nadir hallarda ciddi nəticələr baş verə bilər, buna görə də hər hansı bir şübhə zamanı həkimə müraciət etmək lazımdır.

Kistanın müxtəlif növləri vardir: dermoidli kista və endometrioma

Ən geniş yayılmış olan funksional kistdir ki, onunda iki növü ayırd edilir: Follikulyar və sarı cism kistası.

Follikulyar kist - Ayət dövründə yumurta yumurtalıq içərisində olan follikul adlı xüsusi kətanda olur. Bir qayda olaraq, ovulyasiyanın son mərhələsində, follikul partlayır yumurta hüceyrəsi kisədən sanki azad olunur. Əgər bu baş verməsə, follikulun içindəki maye həcmini artırır və kist görünür.

Sarı cism kisti - Adətən falikul partladıqdan sonra yumurta hüceyrəsi sovrulur. Bəzi hallarda, follikul partlayır və yenidən içinə maye dolur. 

Ümumiyyətlə, kistlərin yaranmasına qarşı profilaktik müalicə üsulu yoxdur. Lakin, ginekoloqa mütamadi ziyarət inkişafın erkən mərhələlərində kistin müalicəsində yardımçı olacaqdır. Xoş xassəli kistlərdə xərçəng hüceyrələri olmur. Lakin yumurtalıq xərçəngi əlamətləri kist əlamətlərinə bənzər ola bilir. Qadınların ginekoloqa müraciət etməsi və dəqiq diaqnoz qoyulması, müalicəsi vacib sayılır.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN