(012) 310 09 10
(051) 500 96 00

Ailə həkimini necə seçməli?

Doğmalarımızın sağlamlığının keşiyində durmaq hər birimiz üçün çox vacib preoritetlərdən biridir. Ailədə xəstələnən şəxsə dəqiq diaqnoz, təyinatlar və ətraflı təkliflər verə biləcək ailə həkiminin olması və seçimi çox vacib məsələdir: Bu zaman həkimdə, ailənin sağlamlıq vəziyyəti haqqında bütün məlumatları olur - birbaşa olaraq xəstəliyi müşahidə edən şəxs olur və bu zaman həkim düzgün diaqnoz qoymaq üçün daha çox imkanlara malikdir.

Ailə həkimi yazılan müalicənin dinamikası və səmərəliliyinin qiymətləndirilməsinə, daha yaxşı nəticələr almaq üçün vaxtında düzəlişlər etməyə və effektiv profilaktik plan hazırlamağa qadirdir. 

Xəstə və yaxınlarında hər zaman tibbi xidmət ala biləcəyi əminliyi yaranır. Hər zaman ailə həkimi ilə əlaqə saxlayıb, suallara cavab tapa bilərsiniz.

Düzgün ailə həkiminin seçimi ailənin sağlam gümrah olmasının bünövrəsi deməkdir. 

Ailə həkimi seçmək meyarları, həkimin tibbi təhsilə malik olması, həqiqətən etibarlı və profesional mütəxəssis olmasından çox asılıdır, beləki həkimin:

Təkmilləşmə səviyyəsi: Bu təcrübə müddəti ilə müəyyən edilir, həkim mütəmadi olaraq sahəsi üzrə bilik və bacarıqlarını artırmalı, kurslar və yeni müalicə metodları öyrənməlidir.

Reputasiyası: Bu gün bir həkim haqqında məlumat tapmaq çətin deyil: xəstələrin fikirlərini qiymətləndirərək, həkim haqqında rəy və təəssüratları dinləyərək məlumat əldə edə bilərsiniz.

İş yeri: Adətən, tanınmış klinikada işləyən həkimə üstünlük verilir. Klinikanın texniki avadanlıqlarının yüksək səviyyədə olması müayinə, müalicə-diaqnoz üçün bir çox imkanlar açır. Mühüm aspekt isə həkimə etibar etməkdir, həkimdə öz növbəsində ailənin hər bir üzvünə diqqət yetirməlidir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN