(012) 310 09 10
(051) 500 96 00

7 məsləhətə riayyət edin! Ürək sağlamlığınız xərçəngə tutulma riskini 50% azaldacaqdır  

2010-cu ildə Amerika Ürək Assosiyasiyası ürək sağlamlığı üçün "7 sağlam addım" adlı tövsiyyə proqramı hazırladılar. Burada əsas məqsəd 2020-ci ilə qədər ABŞ-da ürək böhranının sayını 20% azaltmaqdır.

Araşdırmaya görə, bu proqram xərçəng riskini yarıya endirməyə kömək edir!

Sağlamlığa 7 sadə addım...

1. Fəal olun - həftədə ən azı 150 dəqiqə məşq etməlisiniz. 

2. Xolesterin kontrolu - norma dərəcəsi hər desilitr üzrə 200 mqr təşkil etməlidir.

3. Daha yaxşı qidalanın - pəhriziniz bütövlükdə taxıl, meyvə, tərəvəz, həmçinin balıq kimi yağsız zülalla bol olan qidalarla zəngin olmalıdır. Sodyum, şəkər, doymuş və trans yağlarının istehlakında özünüzü məhdudlaşdırmaq çox vacibdir.

4. Qan təzyiqini normada saxlayın - 120/80-dən az olmalıdır.

5. Çəkinizi formada saxlayın - bədən kütləsi indeksi 25-dən çox olmamalıdır. Qan şəkərinin səviyyəsini azaltmaq - qazlı içkilər, şirniyyat və desertləri aşırı qəbul etmək olmaz.

6. Siqareti buraxın - Assosiyasiya bu addımı həyata keçirmək üçün mümkün olan hər şeyi etməyi tövsiyə edir.

Dr. Rasmussen vurğulayır: "Vücudunuzu güclü və sağlam edin, çünki dəyişməyiniz üçün heç vaxt gec deyil. Siqareti dayandırın və pəhrizinizi artırın, bununla ürək və xərçəng riskinizi əhəmiyyətli dərəcədə azaldacaqsınız.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN