(012) 310 09 10
(051) 500 96 00

Serotoninin səviyyəsini necə yüksəltmək olar?

Serotonin xoşbəxtlik hormonudur. İnsanda bu hormonun səviyyəsi aşağı düşdükdə, depressiya, yorğunluq baş verir. Beyin nə qədər çox neyromediator qəbul edirsə daha enerjili və xoşbəxt olur.

Serotonin əhval-ruhiyyəni yüksəltmək, ağrıları azaltmaq və yuxu sistemini bərpa etmək xüsusiyyətlərinə malikdir. Onun səviyyəsini qaldırmaq üçün bəzi qidalardan, metodlardan istifadə edə bilərsiniz.

Serotonin hansı qidalarda müvcuddur:

Sadə və mürəkkəb karbohidratlarda - Serotonin səviyyəsini artırmaq üçün ağ çörək, ağ düyü, müntəzəm makaron və emal olunmuş şəkər məhsulları (şirniyyat, tortlar və s.) kimi sadə karbonhidratlardan çəkinməlisiniz. Bu qidalar tez həzm olur və qan səviyyələrini artırır. Sadə karbohidratlardan fərqli olaraq, kompleks mürəkkəb karbohidratlar çətin həzm olur. Bu karbohidratlar mərcimək, noxud, tünd düyü, çörək və bütün taxıl bitkilərində, makaron, eləcə də şirin kartof və digər nişasta tərkibli tərəvəzlərdə tapılır.

Kofein tərkibli məhsullarda - Kofein tərkibli enerji artıran içkilərin qəbulu tövsiyyə olunmur. İçkinin tərkibində şəkər az olduğundan qısa müddət ərzindədə tezdə enerji aşağı səviyyəyə düşür. Əgər bu qidaların qəbulunu mümkünsüz sayırsınızsa, yaxşı olar ki, qida qəbulundan sonra kofein tərkibli energetik içkiləri qəbul edəsiniz.

Xeyirli yağlarda - Serotoninin qanda səviyyəsinin artmasına Omeqa-3 yağı çox böyük təsir göstərir. Bu səbəbdən balıq yağı, lasos, bitki tumları, lyanol yağı və qoz qəbul etməlisiniz.

Tünd şokoladda - Bu məhsul tərkibi kakao olmaqla, serotonin və endorfinin səviyyəsini artırır. Südlü şokolad məhsulunda kakao az olduğundan serotonin ifrazatında əhəmiyyətli rol oynamır.

Həmçinin serotonini başqa vasitələrlədə qaldıra bilərsiniz:

  1. İdmanla məşğul olaraq,
  2. Gün işığı qəbul edərək,
  3. Masaj zamanı,
  4. Sresslə mübarizə etsəniz,
  5. Xoşbəxt anları xatırlamaqla.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN