Miqrendən qurtulmağın 4 effektli üsulu

Hər birimiz gündəlik həyatda baş ağrısı və miqrendən narahatlıq duyuruq. Milyonlarca insan bu problemlə tanışdır, hamı müxtəlif analgetik vasitələrlə ağrını dəf etməyə çalışır. Bu isə öz növbəsində psixikaya təsirsiz ötüşmür. 

Miqrenlə mübarizədə 4 üsul yardımçınız ola bilər: 

  • Bitki çayı -  Baş ağrısı üçün ən təsirli reseptlərdən biri düzgün toplanan bitki çayının istifadə edilməsidir. Çayda nanə, ivan çayı, limon balzamı, "ana və ögey ana" kimi sakitləşdirici otlar olmalıdır. Hazırki, əczanələrdə qan təzyiqini tez bir zamanda normallaşdıra biləcək effektiv ot tərkibli çaylar satırlır, bu çaylar həmçinin psixikaya sakitləşdirici təsirə malik olub, bədəni təmizləyir. Demək olar ki, istənilən bitki tərkibli otlar kifayət qədər effektiv şəkildə baş ağrısını azaltmağa qadirdirlər. 2 fincan bitki dəmləməsi bal və limon ilə qəbul edilsə, qisa müddət ərzində baş ağrılarınızın itməsinin və uzun müddətli profilaktik olaraq orqanizminizdə ağrının olmamasının şahidi olacaqsınız.
  • Masaj - Baş masajına 15-20 dəqiqə sərf etməklə tamamilə ağrıların çəkilməsini hiss edəcəksiniz. 3-5 dəqiqə yüngül tempdə ağrılı bölgəni masaj edin, hərəkərlətin intensivliyini və təzyiq gücünü yavaş-yavaş artırın, 2-3 dəqiqə bu şəkildə masajı davam edin, sonra yavaş-yavaş əl sürətini və gücünü azaldın, əlavə 4-5 dəqiqə masaj edin. Profilaktik uzunmüddətli təsir üçün, masajda yağ istifadə etmək məsləhətdir.
  • Yağlar - Yağ kompresləri dərhal baş ağrısını götürür. Sinir uçlarında hərəkət etdikləri üçün, bitki mənşəli təsirə bənzəyir. Yağ  dərhal baş ağrısını rahatlaşdırır. Efir yağı tərkibli yağlar isə qıcıqlanmanı və soyuqlamanı götürür.
  • Yovşan - əla mikrostimulyator olub insan orqanizminə müxtəlif ağrıkəsici təsir göstərə malikdir, qan dövranını və damarları genişləndirir, təzyiq və ürək ritmini normallaşdırır. Gicgah və alın sahələrinə aid, habelə baş ağrılarının aradan qaldırılması üçün səmərəli və tez, ağrı mərkəzinə birbaşa təsir göstərir. Yeməkdən əvvəl 1 xörək qaşığı yovşan suyu içmək tövsiyə olunur ki, başağrını aradan götürsün.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN