(012) 310 09 10
(051) 500 96 00

Klaustrofobiya simptomları, səbəblər və müalicə üsulları

Klaustrofobiya nədir?

Klaustrofobiya bir insanın qapalı yerlərdə və ya çox sayda insan olduğu yerlərdə olmağından yaranan qorxudur. Klostrofobiyalı insanlar xüsusi ilə - liftlər, kiçik otaqlar, müxtəlif kabinetlər, eləcə də supermarketlərdə, kinoteatrlarda, çox sayda ziyarətçi salonlarında belə olmaqdan qorxurlar. 

Klaustrofobiyanın əsas simptomları:

  1. Qapalı yerdən qorxmaq,
  2. Tez-tez nəfəs alma,
  3. Tərləmə,
  4. Ürək ritminin artması,
  5. Ürəkbulanma,
  6. Qoru hissi.

Adətən bu fobiyanın aradan qaldırılması üçün psixoterapiya və müxtəlif psixotrop maddələrin qəbulu tövsiyyə edilir.

Klaustrofobiyanın yüngül müalicə üsulu hipnozterapiya sayılır. Hipnozterapiyada bir neçə seansdan artıq şəxs qorxularından azad olur.

Qeyd etmək lazımdır ki, bu metodika digərlərindən daha effektlidir, yalnız heç bir metod 100% xəstəlikdən qurtulmağa zəmanət vermir. 

Klaustrofobiya ilə necə yaşamalı?!

Fobiyalı şəxs əgər həkimə müraciət edib müalicə almırsa, bu zaman xəstəlik xroniki formaya keçir.

Xroniki halda isə insan sıxlıq olan məkanlardan qaçmağa çalışır, metrolardan, ictimai yerlərdən imtina edir, əhatə dairəsi darlaşır və bu zaman şəxsdə özünə qapanma, insanlardan uzaqlaşma baş verir.

Əvvəlcədən xəstəliyin müalicəsinin effektiv olması mümkün deyil. Çünki bəzi hallarda, psixoterapiya kursu fobiyanı tam dəf edə bilmir. Qismən olaraq pristuplar az-az tutmağa davam edir. Bəzi hallarda isə fobiya özü özünə daxilə müdaxilələrsiz dəf oluna bilər. Qeyd etməliyik ki, xəstəliyin simptomları kiçiklərə nisbətən böyüklərdə daha az hiss olunur. 

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN