Müasir müalicə metodu - Ozonoterapiya

 

Ozon terapiyası - insan toxumalarının və əzələlərin oksigenlə zənginləşdirilməsinə əsaslanan bir müalicədir. Bu üsul cərrahiyyə, dermatologiya, urologiya, kosmetologiya sahələrində geniş istifadə olunur. Ozon viruslu, bakterial xəstəlikləri, göbələk infeksiyalarını müalicə edir. Ozon terapiyasının əsas istiqamətlərindən biri xəstəliklərin qarşısının alınmasıdır. Ozon - rəngsiz qazdır, özünə məxsus xüsusi qoxusu var, 3 oksigen atomundan ibarətdir.

Güclü oksidləşdirici maddədir. Ozon təmiz su tərkibində toksik olduğu üçün onu müalicədə fizrastvor ilə istifadə edirlər. Ozonun seçilmiş dozası müalicədə çox vacibdir.

Ozon xüsusiyyətləri:

  1. Maddələr mübadiləsini aktivləşdirir;
  2. Qanı oksigenlə zənginləşdirir;
  3. İmmuniteti gücləndirir;
  4. Virus, bakteriya, göbələk infeksiyalarını məhv edir; 
  5. Böyrəkləri və qaraciyəri stimullaşdırır (toksinləri bədəndən çıxarmaq prosesini sürətləndirir);
  6. Kallogen və elastin istehsalını stimullaşdırır;
  7. Yaraların, xoraların sağalma prosesini təmin edir;
  8. Toxumalarda qaz mübadiləsinin sürətləndirir;
  9. Bədəndə metabolizmin normallaşdırır,
  10. Revmatizm prosesini yüngülləşdirir.

Ozonaterapiyanı həmçinin stressli vəziyyətlərdə, xroniki yorğunluq sindromu, güclü allergik reaksiyalarda istifadə olunur. Əhval-ruhiyyənin yaxşılaşdırılmasını təmin edir.

Ozonoterapiyanın əks göstərişləri: Xəstədə müxtəlif tipli qanaxma, insult, qalxanvari vəzinin hiperfunksiyası, qanaxma pozuqluğu, hipoqlikemiya, baş beyin patologiyası zamanı istifadə etmək qadağandır.

Sağlam olun!
www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN