Gözaltı göylüklər nədən xəbər verir?!

Əksər xanımlar üçün ən çox yayılmış problemlərdən biri də göz altındakı göylüklərdir, qaralmalardır. Bu narahatçılıqlardan birdəfəlik xilas olmaq üçün problemin yaranma səbəbini öyrənməlisiniz.

Gözlər ətrafında yaranan göylüklərin səbəbi tibbi və kosmetik olaraq iki böyük qrupa bölünür.

Birinci qrup müxtəlif xəstəliklərdən qaynaqlanır və belə qüsurları aradan qaldırmaq üçün müalicə tələb olunur.

İkinci qrupa - kosmetik, qeyri-düzgün dəri baxımından və ya strukturunda kiçik pozuntulardan və yanlış həyat tərzindən qaynaqlanır. Gözlər altında açıq-mavi rəng dəyişimi zamanla daha tez-tez görülərsə bu, qaraciyərin və böyrəklərin problemi kimi xarakterizə oluna bilər. Əvvəllər belə bir probleminiz olmayıbsa, ilk növbədə problemləri aradan qaldırmaq üçün həkim müayinəsi və müalicəsi qəbul etdikdən, sonra kosmetoloqa müraciət edə bilərsiniz.

Çox vaxt gözaltı qaralmalar iş şəraitinin əlverişsiz olmağından yaranır. Qan damarlarının fəaliyyətinin pisləşməsi, xroniki və ya kəskin böyrək çatışmamazlıqları səbəbindən meydana çıxır. Orqanizmdən maye ifrazatı yaxşı sintez olunmadıqda, qan dövriyyəsi normal baş vermir bu səbəbdən göz altı göyərmələr baş verir. Bu tip göyərmələr bədənin müxtəlif hissələrindədə yarana bilir. Gözaltı ərazi həssas, nəzərəçarpan bölgə olduğundan bu tip göyərmələr tez görülür. Gözaltı ətrafların rəngi sarımtıl-göy effektlidirsə, bu zaman sidik və qan analizi verməklə həkim qəbuluna düşməyi tezləşdirin.

C vitamını çatışmamazlığı və daimi stress, yuxusuzluq, gərgin psixoloji vəziyyət - kapilyarların fəaliyyətini ləngidir. Bu zaman emosiyanal vəziyyətinizi, yuxu rejiminizi yaxşılaşdırmaqla, həkim tərəfindən təyin olunan dərman vasitələrini qəbul etməklə problemi vaxtında həll edə bilərsiniz.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN