Linza taxmağın mənfi və müsbət xüsusiyyətləri

Görmə problemləri olan insanlar əvvəllər eynəklərdən istifadə etmişdilər. Amma bu gün kontakt linzaların istifadəsi getdikcə populyarlaşmışdır. Şübhəsiz ki, onların üstünlükləri və mənfi cəhətləri var.

Kontakt linzaların üstünlükləri aşağıdakı qeyd etdiklərimizdir:

  • miyopiyadan (yaxıngörmədən) əziyyət çəkən insanlar üçün effektiv görmə düzəlişləri;
  • sağ və sol gözlərdə fərqli görmə dərəcələri və ya uzaqgörənliyi düzəltmək imkanı;
  • hətta ən mürəkkəb ostiqmatizmdə istifadə olunur;
  • iki eynək (yaxıngörmə və uzaqgörmə kimi) dəyişdirməsinə ehtiyac olmadığını təmin edən uzunmüddətli rahatlıq (bu halda, multifokal kontakt linzalar istifadə olunur);
  • gözlərin təbii görünüşü effektli olur;
  • müxtəlif hava şəraitində yağışda, qarda narahatlılıq yaratmır;
  • idman zamanı geyinmək imkanı;
  • narahatçılığının olmaması, kənar zədələrdən qorumaq qorxusu olmur;
  • gözlərin rəngini dəyişdirmək imkanı olur.

Dezavantajlar:

  • Linza istifadə edərkən, linzalara xüsüsi diqqət yetirilməlidir (öz xüsusi suyunda yumaq, daima gigienik qaydalara riayət etməklə istifadə olunmalıdır);
  • Eynəklərdən daha kompleksli qayğı tələb edir, bunun üçün gözlükləri silmək kifayətdir.
  • Yüksək qiymətli linzalar vardır, mütəmadi şəkildə əvəz edilməli və dezinfeksiya üçün xüsusi vasitələr alınmalıdır. Bahalı çərçivədə hətta gözlük alsanız, təxminən 3 il istifadə edə bilərsiniz.
  • Linzaların istifadəsi zamanlarında mütləq mütəmadi oftalmoloq qəbulunda olmalısınız.
  • Kəskin konyuktivit və keratit (buynuz qişanın üst təbəqəsinin soyulması), göz qapaqlarının çökməsi, astmatik vəziyyət, xroniki bronxit, tüperklyoz xəstəliklərində istifadəsi qadağandır.

Qeyd etməliyik ki, linzaları kəskin soyuqdəymə və viruslu infeksiyalar zamanı taxmaq olmaz. Bu tip xəstəlik hallarında eynəklə əvəzləyin.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN