Sağlamlığımızı möhkəmləndirən 7 fakt

Sağlamlığımızı möhkəmləndirən 7 fakt

  • Qucaqlamaq. Sevdiklərinizi yatmazdan əvvəl qucaqlayaraq, bədəninizin rahatlamasına kömək edirsiniz, bu zaman beyniniz problemlər barədə düşünməyi dayandıracaqdır. Bu, yatmağı asanlaşdırır və yuxularınızı sakit və möhkəm edir.
  • Pişik saxlamaq. Evdə pişik saxlayan insanlar digərlərindən təxminən iki dəfə az ürək problemləri yaşayırlar, infarkta tutulma riski üç dəfə az olur.
  • Gəzinti. Gündəlik hərəkətli gəzintilər damar və ağciyərləri, əzələləri möhkəmləndirir, döş xərçəngi riskini dörddə bir azaldır.
  • Apelsin şirəsi. Bu içkilərin müntəzəm istifadəsi osteoporoz ehtimalını azaldır və piylənmənin qarşısını alır.
  • Bal. Arıların təbii məhsulu olan bal beynin fəaliyyətini yaxşılaşdırır. Yaddaş və konsentrasiyanın inkişafına kömək edir, böyüklər, həm də uşaqlar üçün faydalıdır.
  • Dəniz. Statistikaya görə, sahildə yaşayan insanlar daha aktiv həyat tərzi keçirir və stressə daha az meylli olurlar. Bu səbəbdən onların sağlamlığı, immuniteti şəhər əhalisindən daha güclüdür.
  • Su. Deyilənlərə görə insan gündə 8 stəkana qədər su içməlidir. Lakin  susuzluq hiss edirsinizsə, su içmək gərəklidir. Susuzluq hiss edərkən suyun qəbulu o deməkdir ki, orqanizm ümumi çəkidən 1% ni itirmişdir. Bu zaman içilən su faydalı su sayılır.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN