(012) 310 09 10
(051) 500 96 00

Kallanetika nədir?

Kallanetika - sağlamlığı bərpa edən və arıqladıcı xüsüsiyyətlərə malik olan idman növüdür. Maddələr mübadiləsini yaxşılaşdırır, ağrıları azaldır, qaməti düzəldir, artıq piy qatını aradan qaldırır.

50 il bundan əvvəl meydana gələn bu idman növü, plastik və bədən biliciləri arasında çox məşhurlaşır.

Kallanetika sözü ingilis mənşəli söz olub, yaradıcısı Kallen Pinckneyin adı ilə bağlıdır, youtube kanalı verlişləri ilə tanınmışdır. Xatırladaq ki, Kallan Pickney Amerikanın məşhur fitness məşqçisi olub. O, bir zaman belində narahatçılıq hiss edir və 29 müalicəvi gimnastik hərəkətləri kəşf edir bu hərəkətlərdən sonra o bütün ağrılarını unudur.

Kallanetika nədir? - Plastik gimnastik dartınmalar vasitəsi ilə orqanizmin dərin qatında yerləşən əzələlərə tonus, qan ötürməkdir.

Yeni başlayanlar üçün məsləhətlər:

  • Hər bir orqanizm müəyyən qabiliyyətlərə malikdir. Hər bir şəxsdən idmançı etməkdə mümkün deyil. Ona görə, yalnız nəyi bacarırsınızsa onuda etməlisiniz.
  • Dərhal nəticə gözləməyin, tərəzini ilk vaxtlarda gizlədin: çəki gözləniləndən daha yüksək nəticə göstərə bilir. (əzələ kütləsinin möhkəmlənməsinə görə)
  • Təlimlər zamanı dözgün nəfəs alıb-verməyə diqqət yetirin. Yaxşı olarki təlimləri güzgü qarşısında edəsiniz. Bu özünə kontrolu yaradır.

Kallanetikanın 3 əsas üstünlüyü

  • Bu idman növü ilə fitness klubunda məşğul olmaq lazım deyil. Xüsusi avadanlıq və qurğuya ehtiyac olmadan evdə təlimlər edə bilərsiniz.
  • Kallanetikadakı gimnastik hərəkətlər travma faktorunu minimuma endirir. 
  • Kallanetikanın effektivliyi onun həftədə az vaxt məşğul olmaqdadır. Birinci etapda təlim - gün aşırı olmaqla, 3 saatdan artıq olmamalıdır. Sonrakı etaplarda həftədə 2 dəfəyə qədər azaltmaq olar. Məşğələ müddətini 20 dəqiqəlik təlimlərə ayıra bilərsiniz.

Kallanetika - sağlamlığın və bədən korreksiyasının sadə bir üsuldur. Çox vaxt tələb etmədən bədəni gücə salmadan, yüngül horizontal hərəkətlərlə, Sokratınn qaydalarına riayət edərək: "Mümkün qədərini et"  devizi ilə idmanı həyatımıza gətirir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN