Siqaret çəkənlər öz gələcək nəsillərə zərər vururlar

Siqaret çəkmək yalnız qadınlara yox, həmçinin kişilərə əks göstərişdir. Amerika alimlərinin əldə etdiyi nəticəyə əsasən, siqaret çəkən atalar uşaqlarının və nəvələrinin intellektual bacarıqlarının pisləşməsinə səbəb olurlar. Ekspertlər təsdiqləyirlər ki, ananın siqaret çəkməsi, doğulmamış uşağın sağlamlığına mənfi təsir edir və bunu hamı bilir. Lakin ataların qəbul etdiyi nikotinin gələcək nəslə ötürdüyü təsirinə indiyə qədər eledə ciddi yanaşılmamışdır. 

Mütəxəssislər siçanlar üzərində təcrübə keçirtdilər. Nikotini su ilə qəbul edən siçanların uşaqları və hətta nəvələri, "təmiz" siçanlardan daha aşağı səviyyədə zəkalarını göstərdilər. Onlar labirintin yollarını daha pis yadda saxladılar və daha uzun çıxış yolu axtarırdılar. Bundan əlavə, siqaret çəkən siçanların uşaqları daha asanlıqla həyəcanlanırlar - bunun səbəbi ondadır ki, anaları diqqət çatışmamazlığı sindromundan və digər davranış pozuntularından əziyyət çəkirlərmiş.

Pis vərdiş siqaret çəkənlərin həm sağlamlığını alır, həm də gələcək nəsillərə ciddi zərbə vurur.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN