(012) 310 09 10
(051) 500 96 00

Alimlər niyə qadınların diabetə daha çox meylli olduğunu aşkarladılar

Həftədə 45 və ya daha çox saat işləyən, evə gəldikdən sonra ev işiləri ilə məşğul olan qadınların diabetə tutulma şansları 60%dir. Bu nəticəyə Kanada ekspertləri tərəfindən gəlinmişdir. Məlumatlar "Science Daily" saytında paylaşılmışdır.
Uzunmüddətli sınaqda 7065 nəfər Kanadalı, 35 yaşdan 74 yaşadək kişilər və qadınlar iştirak ediblər.

İştirakçılar həftədə iş saatları sayına görə 4 qrupa bölündü: 
1. könüllülər 15-43 saat,
2. 30-40, 
3. 41-44, 
4. 45 saat.
Araşdırmaların nəticələrinə görə, daha çox işdə olan qadınlar digərlərinə nisbətən diabetə daha tez tutulurlar. Qadının öhdəliyində həddindən artıq fiziki yükün olması, onların özlərinə qulluq etmək imkanının olmamasına orqanızmin zəifləməsi ilə sonlanır. Bu da hormonal pozulmalara və insulinə qarşı müqavimətin yoxluğuna gətirib çıxarır. 
 

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN