(012) 310 09 10
(051) 500 96 00

Oil pulling: nəyə görə ağız boşluğu kakos yağı ilə qarqara etməliyik?

Oil pullingin üstünlükləri

Qədim zamanlardan, ağız boşluğunu müxtəlif yağlar ilə qarqara etmək Hindistanda yaranmışdır.

 Ağız boşluğunda müxtəlif növ bakteriyalar mövcuddur. Əgər ağız boşluğu və dil bu mikroorqanizmlərdən təmizlənməsə ciddi sağlamlıq problemləri yarana bilir. Oil pulling bu vəzifənin öhdəsindən mükəmməl gəlir.

Xüsusi ilə kakos yağı ilə qarqara həzm prosesini yaxşılaşdırır, orqanizmi toksinlərdən təmizləyir, diş daşı hətta karies, damaqların möhkəmlənməsində əvəzsiz köməklik edir. Ağız boşluğu iyini aradan qaldırır və allergiyadanda xilas edir. 

Ağız boşluğunun qarqarasında əsas məqsəd bədəni toksinlərdən təmizləməkdir.

Bakteriyalar ağız boşluğunda yağa hopur və yağ ilə birgə ifraz edilir. Qarqara üçün təbii şəkildə soyuq sıxılmış kakos yağı gərəklidir. Onun tərkibində (laurinov turşuşu vardır ki, antibakterial təsirə malikdir). Həmçinin rafinə olunmamış küncüt yağındanda istifadə etmək olar.

Neçə və nə vaxt qarqara etmək lazımdır?

Oil pullingi səhər dişləri fırçalamazdan əvvəl açqarına etmək lazımdır.

Ağız boşluğuna 1-2 çay qaşığı yağ alın, 5-20 dəqiqə arası qarqara edib, yağı mütləq zibil vedrəsinə qaytarın (bakteriyaların yayılmaması məqsədi ilə). Sonda ilıq su ilə qarqara edin.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN