İlkin yardım - Gün vurması zamanı

Gün vurması isti hava şəraitində orqanizmin hərarətinin həddindən artıq qalxması nəticəsində əmələ gəlir. Bu hal adətən günün qızmar açıq havada işlərkən və ya ictimai nəqliyyat vasitələrində hava darlığından baş verir.

Gün vurması simptomları nələrdir?
- Dərinin, əsasən də üzdə, qızarması;
- Ürək döyüntüsünün dəqiqədə 100 və daha artıq atması;
- Ürək bulantısı;
- Baş hərlənməsi;
- Qulaqda səs;
- Yuxululuq.
Gün vurması zamanı bədənin hərarətui 40 dərəcəyədək qalxa bilər.
Gün vurması baş verdiyi halda nə etməli?
1. Zərərçəkmişi dərhal kölgəli və ya sərin yerə çəkməli;
2. Zərərçəkmişi onu sıxan əşyalardan azad etmək (kəmər, dar paltar və s.);
3. Mümkün olduğu halda zərərçəkmişi soyuq suya yerləşdirilməli və ya soyuq kompress qoymalı. Və həmçinin sərinlənməsi üçün istənilən əşyayla yelləməli;
4. Zərərçəkmiş özünə gəlməyə başladıqda sərin su verməli və daha doğru müayinən üçün sağlıq ocağına aparılmalıdır.

www.doctortap.az

 



BİZƏ ZƏNG EDİN