(012) 310 09 10
(051) 500 96 00

İnfarkt:necə qarşısını almaq olar?

Minyonlarla insan həyatlarını infarktdan dəyişirlər. İnfarkt - ölüm ilə nəticələnən xəstəliklərin siyahısında birinci yerdədir.

Xəstəliyin inkişaf etdiyi zaman, ürəkdə qan dövranının kəskin şəkildə pozulması meydana gəlir, bunun nəticəsində ürək əzələsinin bir hissəsi məhv olur. Xəstəyə lazımi tibbi yardım göstərilmirsə, ölüm riski kritik səviyyəyə qala bilir. Bu cür gedişatdan qaçınmaq əlbətdə mümkündür. Xəstəliyə kompleks yanaşmanın əsasında - xəstəliyin irəlliləməməsi üçün profilaktik kompleks müalicə aparılmalıdır.

İnfarktın qarşısını almaq üçün :

  • İdmana mütəmadi vaxt ayırmaq,
  • Müvafiq gündəlik rejimə riayət edin,
  • Düzgün və balanslaşdırılmış qidalanmanı təşkil edin,
  • Əsəbləşməyin,
  • Pis vərdişləri buraxın, 
  • Öz sağlamlığınıza diqqət edin, həkiminizin tövsiyələrinə riayət edin.

Buna görə hər gün idmana ən azı 20 dəqiqə vaxt sərf etmək lazımdır. İnfarktın qarşısının alınması üçün ideal fiziki fəaliyyət növləri bunlardır:

  1. Velosiped.
  2. Qaçış və ya gəzinti.
  3. Üzgüçülük.

Ürək inkişafı üçün gündəlik rejim:

  • Gündə ən az 8 saat yatma. 
  • Gecə istirahətinin tam təşkili (rahat yataq, sərin otaq, heç bir qıcıqlandırıcı olmadan).
  • Axşam yeməkdən imtina etmə.
  • Yataq otağında texnologiyanın (telefon, tablet, televiziya) istifadəsindən imtina.
  • Rejimə uyğunluq (eyni vaxtlarda yatıb - oyanmaq) lazımdır.

Daima həkim nəzarətində olmaq infarktın inkişaf riskini və digər ürək problemlərinin qarşısını almaq üçün çox vacibdir:

  1. Mütəmadi müayinədə olmaq,
  2. Qan təzyiqinə nəzarət etmək,
  3. Qanda lipidlərin səviyyəsini nəzarətdə saxlamaq (xolesterin üçün test etmək),
  4. Qan şəkərinin səviyyəsini nəzarət etmək.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN