(012) 310 09 10
(051) 500 96 00

Qaçış əvvəli qidalanma necə olmalıdır?

İldən-ilə şəhərdə artıq şəkili insanları həddindən artıq çox görürük. Bunun ən birinci səbəbi odur ki, insanlar düzgün qidalanmağın yollarını bilmirlər. Həmçinin səbəb olaraq insanların bol kalorili, bol yağlı və zərərli məhsullar ilə qidalanmalarıdır. Bütün bu qidaların fiziki yük olmadan qəbulu insanın zaman - zaman çəki almasına gətirib çıxardır. Nəticədə bu yalnız həyat keyfiyyətini asağı salmır, həmdə insanın əhval ruhiyyəsinin neqativ hisslərə qapıılmasını gücləndirir. Artıq çoxları bü ciddiyətin fərqindədirlər dieta ilə birgə idmanla maraqlanırlar. Qaçış - bunlardan çəki atmaq üçün məşğul olunan ən geniş yayılmış idman növüdür. 

Qaçışın xeyri

Qaçış üçün böyük vəsait xərcləmək lazım gəlmir. Lazım olan vasitə idman geyimi və qaçış zamanı fiziki təlimlər etmək üçün münasib məkandır.

Bu idman növü ilə, çəki atmaq istəyən və istəməyən hər kəs məşğul ola bilər. Daimi qaçış zamanı orqanizmin normal fəaliyyətinin şahidi ola bilərik. Bunlardan: maddələr mübadiləsinin yaxşılaşması, əzələ - damar sisteminin möhkəmlənməsi, həzm sisteminin normal işləməsi faktları nəzərə çarpır. Mütəmadi qaçış, yürüyüşlə məşğul olan insanlar oksigen çatışmamazlığı, hətta onkoloji xəstəlikləri dəf edə bilirlər.

Qadınlar üçün qaçış xüsusilə faydalı olacaq, çünki yaşlanma prosesinin sürətini azaldır. Digər bir üstünlüyü, insanın dözümlülüyü artır. Daha çox iş görüb, az yorulmaq kimi dayanıqlığı yaranır.

Qaçış öncəsi qidalanma:

Fitnes klublarının mütəxəssisləri stadiona və ya idman zalıya getməzdən əvvəl faydalı qidalanmanın vacib olduğunu bildirirlər. Əlbəttə, bu qida tamamilə karbohidratlardan ibarət olmalıdır. Tort və ya başqa şirniyyat yeməyin. Bu qidalarda karbohidratlar olsa da, bədənə zərərlidirlər.

Qida qəbulu qaçışa çıxmadan 30 dəqiqə əvvəl olmalıdır. Əlbəttə, bu qida tamamilə karbohidratlardan ibarət olmalıdır. Qaçış öncəsi məsləhət olunan qidalardan banan və sitrus meyvələridir. Ən yaxşı variant isə üzüm sayılır (bədəniniz üzümə qarşı əks reaksiya vermirsə). Ayrıca, yeyinti sənayesi tərəfindən istehsal edilən hər hansı bir şirin qidadan yeyilməməlidir. Paxlalı bitkilərdən hazırlanan yeməyi yemək çox gözəl seçimdir. Sıyıq bişirmək olar. Yağ əlavə olunmasa daha yaxşı effekt ala bilərsiniz. Həmçinin qarğıdalı ya da yulaf əzməsinin hazırlanmasında şəkər istifadəsinə yol verilməməlidir. Şəkərimürəbbə və ya baldan istifadə ilə əvəz edə bilərsiniz. İçkilərdən yalnız su və meyvə şirəsi qəbul edilməlidir. 

Qaçışdan sonra qidalanma

Əsas məqsəd orqanizmdə qaçış zamanı itirilən korbohidrat balansını tənzimləməkdir. Qaraciyərdə konsentrə olan qlikogen ehtiyatlarını bərpa etmək ilk vəzifələrimizdəndir. Qaçışda sərf edilənlər məhz qlikogen olmuşdur. Qaçışdan sonra qidalanma mütləqdir. Yağlı olmayan ət, balıq, yumurta, qaynadılmış toyuq, həmçinin qatıq, kəsmik kimi məhsullar qəbul edə bilərsiniz. Qaçışdan sonra yeməyə iştahsızsınızsa, zülal tərkibli kokteyl içə bilərsiniz. qaçış zamanı bədənimizdən tər yolu ilə su tükədilir, suyun qəbulunu unutmamaq lazımdır. Qazı olmayan təmiz suya üstünlük vermək yaxşıdır. Su otaq temperaturu olduqda, bədəninizə maksimum fayda gətirəcəkdir.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN