(012) 310 09 10
(051) 500 96 00

Emosional pozuntular

Emosional pozuntular - orqanizmin funksional vəziyyətinin dəyişikliyi, həyat enerjisinin və məhsuldarlığın ümumi azalmasına gətirib çıxarır. Bunlara - narahatlıq, tükənmişlik, daxili depressiya, ipokondriya, yorğunluq, boşluq kimi hallar daxildir. Duyğusal pozuntular, emosional stress  - emosional problemlərin növüdür. 

Emosional problemlər şəxsi inkişaf səviyyəsi ilə əlaqələndirilir: uşaqla böyük arasında və ya yetkin insanlarda daha çox rast gəlinir. 

Emosional pozuntular zamanı hormonal tarazlığın pozulması səbəbindən, şəxs tamamilə şüurlu olmayan şəkildə müəyyən fayda əldə etmək, özünə diqqəti cəlb etmək, qorxularına haqq qazandırmaq üçün, bəzən qisas xarakterli çıxışlar edə bilər. Belə emosionallıq zamanı onlar bəzən "romantik" bəzən "parazit", daha az "alıcı" rolunda olurlar, yaradıcılıq xüsisiyyətlərə malik olmurlar. Buna görə həyatı boyu "yaradıcı" mövqeyində yaşayan şəxslər bu cür emosional çətinliklər ilə qarşılaşmırlar. 

Sizcə mümkündürmü insan öz-özunə belə pozuntular yaratsın? Təəcüblənəcəksiniz, lakin mümkündür! Ən maraqlısı odur ki, bu elədə çətin deyil: bele emosional hisslərə hər bir uşaq malikdir. Usaq nəisə əldə etmək istəyirsə, ağlamaqla başlayır. "Baş vermiş" emosional pozğunluq  (serotonin maddəsinin səviyyəsi azaldır) zamanı, istədiyinə nail olursa, bu artıq vərdiş halını almağa başlayır.

Sağlam olun!

www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN