Tromb damarlarda necə yaranır?

Arteriya və vena qan damarlarındakı tromb mexanizmləri ilə fərqlənirlər. Dünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, planetdə hər dörd insandan biri qan laxtalanması riski altındadır. Damar trombla örtülərkən (tamamilə və ya qismən) qan axını pozulur - bu vəziyyət tromboz adlanır.

Tromboz qan damar divarının zədələnməsi zamanı yaranır. Estetik görünüşlü xəstəlik saydığımız Varikoz əslində çox ciddi xəstəlikdir.

Damar divarının zədələnməsinin səbəbləri:

  1. Tromboz - (flebit) venoz qan damarının soyuqdəyməsi və (arterit) arteriya qan damarının soyuqdəyməsi zamanı baş verir,
  2. Trombozun ikinci səbəbi qan axınının təbiətində, daralma və genişlənmə meydana gəlməsidir. Bu anadangəlmə patoloji hal zamanı və ya varikoz damarların yaranması nəticəsində ola bilər.
  3. İrsi faktor. Bu, qan qatılığının dəyişməsi ilə əlaqədardır. İrsi faktorlara əlavə olaraq, müxtəlif dərmanların qəbulu, eləcə də siqaret çəkmək qan qatıqlığını artırır. Hamiləliyin planlaşdırılması zamanı dölün damarlarının şişməsi, damarlarda olan laxtalanmanın yüksək olması uşaq düşməsinin ümumi səbəblərindən biridir.

Sağlam olun!

www.doctortap.az

 

 

BİZƏ ZƏNG EDİN