Diş damağı xəstəlikləri və simptomları

Rusiya əhalisinin 50%-ə qədərində, diş ətinin xəstəlikləri ginqivit və parodontitə rast gəlinir. Vaxtında gərəkli müalicənin olmaması, sağlam və möhkəm dişlərin tökülməsinə qədər gətirib çıxardır. Bunun üçün parodontit və ginqivit xəstəliklərinin simptomlarını bilmək lazımdır:

İlk simptom olaraq, damaq ərazisinin qanaması, iltihablaşması durur. Ən gecikmiş mərhələsində dadbilmə hissiyatı pozula bilir. En çox agız boşluğundan gələn iy ilə müşadidə olunur.
Ginqivit xəstəliyi parodontitin ilkin mərhələsi sayılır. Bu eyni xəstəliyin ayrı-ayrı mərhələləridir. Ginqivit zamanı yalnız damaqlar soyuqlayır. Soyuq damağın dərin təbəqəsinə təsir etdiyindən, damaqların travması baş vermir. Lakin kiçicik müdaxilə olunarsa (bərk qidanın qəbulu zamanı və ya sərt piş fırçası ilə sürtülərsə) qanaqma baş verə bilir. Bu zaman diş cibləri yaranır, nəticədə həmin ciblərə saysız mikroblar hopur. Mikrobların yaşaması, çoxalması üçün münbit şərait yaranır.
Diş ətinin soyuqlaması ağız boşluğunun düzgün olmayan gigiyenasından irəli gəlir. Nəticədə diş ərpləri, diş daşları yaranır. Diş ərpi özlüyündə tamamilə agız boşluğunu bürüyən batketial mühit yaradır. Təsadüfi deyilki, həkimlər gündə 2 dəfə dişləri fırçalamağı məsləhət görürlər: səhər və axşam. Əgər son 12 saatda diş ərpinin müalicəsi baş vermirsə, artıq sərt forması diş daşı formalaşmağa başlayır. Diş daşı damaqla dişin arasında əmələ gəlir. Dişin daxili və xarici estetikasını pozmaqla bərarər ele bərkləşir ki, damaqdan onu ev şəraitində çıxarmağa çalışmaq mənasızdır. Ən düzgün yol, həkim -parodontun qəbuluna düşməkdir. 

Diş ətinin iltihabı varsa, ağız gigiyenasına xüsusi diqqət yetirilməlidir, hər yeməkdən sonra dişlərinizi fırçalamağı unutmayın. Həmçinin təmizləyici diş ipindəndə istifadə edə bilərsiniz.


Sağlam olun!

www.doctortap.az



BİZƏ ZƏNG EDİN