(012) 310 09 10
(051) 500 96 00

Takofobiya - hamiləlik və uşaq dünyaya gətirmək qorxusu

Hamiləlik və uşaq dünyaya gətirmək - mürəkkəb psixi və fiziki prosesdir. Körpənin dünyaya gəlməsi qadının fikrinə, hisslərinə, oqranizm vəziyyətinə təsir etməyə bilməz. 

Alimlərin araşdırmaları göstərir ki, takofobiya 20% qadınlarda rast gəlinir. Bu qorxunun yüksək dərəcəsində qadınlar hamiləlik zamanı özünü dəstəkləmək qabiliyyətinin olmaması, güclü qorxu ilə qarşılaşa bilməsi baş verir.

Belə hallarda, ana olmağa hazırlaşan qadının mütəmadi mütəxəssislərdən - mama-ginekoloqdan, məsləhətçidən, psixoterapevtlərdən xüsusi qayğı, diqqət almağa ehtiyacı var. Belə ki, ana olacaq qadının narahatçılıq yaradan suallarına cavab verilməli və bu 9 aylıq müddətin tezliklə bitib gözəl başlanğıcın başlanmasına inandırılmalıdır. Bu bir faktdır ki, takofobiyalı qadınların hamiləliklərini dayandırdıqları hallarıda baş verir. Bəziləri isə uşaq dünyaya gətirirlər, lakin 9 ay ərzində çəkdikləri gərginlik o qədər güclü olur ki, doğuş sonrası aşağıda qeyd olunan pozuntularla özünü biruzə verir:

  • Depressiya,
  • Analıq hissinin itməsi,
  • Ana südünün itməsi,
  • Uşağı kiməsə vermək hissi,
  • Narahatçılıqların baş qaldırması,
  • Ölmək qorxusu,
  • Ruhi xəstəliklərə qədər səbəb ola bilir.

Ana olacaq qadına necə kömək etməli? Bir tərəfdən qadın övlad dünyaya gətirmək arzusundadır, digər tərəfdən o qədər yüksək narahatçılıq hisslərinə qapılı olur ki, qadının ruhi - fiziksəl vəziyyətini yaxşılaşdırmaq üçün aşağıda qeyd olunanlara nəzər yetirilməli, əməl edilməlidir.

  • Doğuş prosesini bilib, başa düşmək - doğuş necə başlayır hansı mərhələlərdən keçilir, məlumatları mütəxəssislərdən anlınmalıdır.
  • Birinci dəfə hamiləlik yaşayanlarla, təcrübəyə sahib olan ana olacaq namizədlərlə qrup şəkilli məsləhətlər keçirilməli. Belə toplumlarda xanımlar daha çox məlumatlarla bölüşürlər, təcrübə mübadilələri baş verir.
  • Təklikdə olmamalı. Həyat yoldaşın, valideynlərin, digər yaxın insanların dəstəyini alın. Həyat yoldaşı və ya digər ailə üzvlərindən sançıların tutduğu vaxt və ya doğuşda iştirak etmək arzusunda olduqları təqdirdə ortaq doğum müqaviləsi bağlayın. Daima həkiminizlə əlaqədə olun. 
  • Psixoloq xidməti alın. Doğum məkanını ziyarət edin. 
  • Mərkəzin xüsusi təhlükəsizliyi ilə maraqlanın.

Sağlam olun!

www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN