(012) 310 09 10
(051) 500 96 00

Gününüzü sağlam etməyin 5 yolu

Bilirsinizmi ki? Əgər gümrah və xoş ehval-ruhiyyədə olmaq istəyirsinizsə hər gün düzgün qidalanmalı və idmanla məşğul olmalısınız. Lakin, bunları həyata keçirtməkdən çox, demək qədər asan bir şey yoxdur.

Sizə gününüzü sağlam etməniz üçün 5 sadə məsləhət deyəcəyik:

  1. Mütləq səhər yeməyi yeyin! Adəti üzrə hamımız səhər işə tələsirik, ən yaxşı halda çox vaxt çay və ya kofe içib işə qaçırıq. Alimlər sübut etmişdirlər ki, səhər qidalanan şəxslərdə maddələr mübadiləsi qidalanmayan şəxslərə nisbətən 3-4 dəfə çox çalışır. Bu o deməkdir ki, artıq çəki alma ehtimalınız yoxdur, sadəcə orqanizm nahara qədər enerji ilə təmin olunur. Əgər səhər açılan andan gününüz gümrah, məhsuldar olmağını istəyirsinizsə rasionunuza karbohidrat və süd məhsulları daxil edin.
  2. Su icin! Əksər insanlar suyun qəbulundan çox çay, kofe vəya digər içkilər qəbul edirlər. Suyun yetəri qədər mənimsənilməməsi zamanı orqanizm vaxtsız qocalır. Bədəndəki suyun çatışmamazlığı baş ağrılarına, tez yorulmaya, diqqətsizliyə gətirib çıxardır. Sağlam olmaq istəyirsinizsə gün ərzində ən azı 1 litr su qəbul edin.
  3. Daha çox tərəvəz və göyərti rasionunuza salın! Tərəvəz və göy-göyərtinin rolunu yetəri qədər qiymətləndirmirik. Nə qədər bol salınsa qidamıza bir o qədər sağlam olarıq. Göyərti yeməyi sevməyənlər  göyərti meyvə qarışıqlı kokteyl (60-70% meyvə olan) hazırlayıb qəbul edə bilərsiniz. Bu zaman göyərtinin dadını hiss etməyəcəksiniz.
  4. Daha çox hərəkət edin! Müasir həyatda işlərin əksəriyyəti 8-10 saat olmaqla oturaqlı iş rejimidir. Axşam idmanla məşğul olmağa artıq gücünüz qalmır. Lakin, səhərlər yürüyüş, qaçış edə bilərsiniz, həftəsonu isə üzgüçülüyə yazıla bilərsiniz.
  5. Gününüzü korlamayın! Günün sonu divanda uzanıb dincinizi almaq və ya yarımfabrikat qidalar yemək istəyirsiniz. Diqqətli olun, sağlamlığınızın qədrini bilin, hərəkətlərinizin nəticələrini düşünün.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN