(012) 310 09 10
(051) 500 96 00

Gil maskaları ilə üzə qulluq - 8 növ gil

Müasir dövrümüzdə əksər xanımlar gil maskalarından geniş şəkildə istifadə edirlər. Hər gil maskasının öz xarakterik xüsusiyyətləri vardır.

Müqaisəli olaraq 2 tərkibdə gillər xüsüsiyyətlərinə görə fərqlənirlər.

  •  Dəri qurutma effektli,
  •  Təmizləyici effektli gil ölü hüceyrələri təmizləyir, üzdəki qızartını, qiciqlanmanı aradan qaldırır. 

Hal-hazırkı dövrdə gilin çox növləri vardır. İstifadə etmədən öncə hər birinin ayrı ayrılıqda xüsusiyyətlərinə aydınlıq gətirmək lazımdır.

1. Ağ rəngli gil - Yağlı və ya problemli dərisi olan qızlar üçün mükəmməldir. Bu gil məsamələri dartır artıq mayenı çəkir və bütün üzü ağarır.

2. Mavi rəngli gil - Tərkibində bol mikroelementlər və duz olduğuna görə, bu maskanı iltihab eleyhinə vasitə kimi istifadə etmək olar.

3. Yaşıl rəngli gil - kosmetologiyada həddindən artıq çox istifadə olunur. Quru dərilər üçün olub, üz dərisinin su balansını tərkinindəki mikroelementlər ilə tənzimləyir.

4. Qırmızı rəngli gil - bu tip gil qırışları hamarlaşdırır, üz cizgilərini daha effektli edir. Həssas dərilər üçündür, hər növ soyuqdəyməni götürür.

5. Çəhrayı rəngli gil - normal dəri növləri üçün mükəmməldir, çünki dərini faydalı hissəciklər ilə nəmləndirir və qidalandırır.

6. Sarı rəngli gil - qara nöqtəli ləkələri aradan qaldırır. Həmçinin, sarı rəngli gil dərinin piqmentasiyasını eyniləşdirir, yaxşılaşdırır. 

7. Qara rəngli gil - dərinizdən zərərli elementləri aradan qaldıracaq, məsamələri təmizləməyə və ölü hüceyrələri çıxarmanıza imkan verəcək. Çox hallarda skrab kimi istifadə olunur.

8. Boz rəngli gil - dəniz dibindən çıxarıldığı üçün mikroelementlərlə zəngindir. Quru dəri tipini nəmləndirmək və bütün faydalı xüsusiyyətləri ilə zənginləşdirmək üçün istifadə olunur. 

İstədiyiniz təsiri əldə etmək üçün həftədə iki dəfə üzünüzə gil tətbiq edə bilərsiniz.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN