Nar virusla mübarizəyə və immuniteti möhkəmləndirməyə kömək edir

Hazırda immunitet sistemini möhkəmləndirmək ən böyük və vacib məsələdir. Bunun üçün isə hər zaman apteklərdən alınan bioəlavə və vitaminlərə üz tutmaq lazım deyil. Lazım olan maddələri asanlıqla adi ərzaq məhsullarından əldə edə bilərik. Məsələn, narın tərkibi bir çox faydalı madələrlə zəngindir.

Narın bir çox faydalı xüsusiyyəti var. Nar ürək-damar sistemini möhkəmləndirir, mədəaltı vəzin fəaliyyətini və qanın tərkibini yaxşılaşdırır, eyni zamanda hemoqlabini artırmağa kömək edir. Nar meyvəsi bakteriya və iltihab əleyhinə təsir göstərir, vərəm xəstəliyinin profilaktikasında effektivdir. Eyni zamanda nar immuniteti gücləndirir və orqanizmi virus və soyuqdəymə xəstəliklərindən qoruyur.

Nar meyvəsi qan təzyiqini aşağı salır bu səbəbdən hipertoniyada çox vacibdir. Eyni zamanda orqanizmdən radioatkiv maddələri ifraz edir, qara ciyəri sağlamlaşdırır.

Narın qadınlar, xüsusən də klimaks dövrü keçirən qadınlar üçün xüsusi faydası var. Tərkibində estrogen maddəsi olan nar qadınlar üçün çox faydalıdır. Eyni zamanda narın tərkibində olan vitamin və mikroelementlər gözəllik və gənc qalmağa kömək edir, dərinin və saçın sağlamlığını artırır.

Nar kişilər üçün də faydalıdır. Narın tərkibində olan B12 vitamini qan dövranını stimullaşdırır və potensiya problemini həll edir.

Narın dənələrindən əlavə qabığı da çox faydalıdır və müalicəvidir. Nar qabının tərkibində olan dubil maddəsi, antioksidant və fenolun miqdarı dənələrin tərkibində olana nisbətən iki dəfə çoxdur. Nar qabığından həlim, dəmləmə və toz halına salıb istifadə etmək mümkündür. Bu isə soyuqdəymə, dizenteriya, stomatitk və angina əleyhinə istifadə edilir.

Nar dənəsinin tumlarından həlim, dəmləmə və yağ alınır. Dərman preparatları isə (bu tumlar əsasında hazırlanan) diabet xəstələrinə kömək edir, bağırsaqların fəaliyyətini normallaşdırır. Nar dənəsinin tumlarında çoxsaylı zülal var və onu imkan daxilində udmaq, çeynəmək lazımdır. Bağırsaqlarda onlar özlərini sərt fırça kimi aparırlar, çünki həzm olunmurlar. Buna görə də qida borusundan keçərkən toksin və şlakları da silib aparırlar.

Kimə nar yemək olmaz?

-Xroniki xəstəlikləri olanlar: qastrit, mədə xorası, enterit;

-babasi və qəbz olmağa meylli adamlar;

-fərdi olaraq nar xoşlamayanlar;

-allergik patologiyalar;

-mədə turşuluğunun artması

 

SAĞLAM OLUN!!!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN