Skolioz və onun müalicəsi

Uşağa skolioz diaqnozu qoyulub. Nə etməli?

Skolioz insanın onurğasının deformasiya deməkdir. Əyilmə anadangəlmə, sonradan yaranma və zədələnmədən sonra da ortaya çıxa bilər.

Skoliozun xarakterik xüsusiyyəti onurğanın uşağın intensiv boy atma dövründə ciddi şəkildə deformasiyasıdır.

Qızlar oğlanlara nisbətən skoliozdan daha çox əziyyət çəkirlər (80% - 20%).

Patologiyanın ilk əlamətləri zamanı müalicəyə başlamaq vaibdir. Çünki bu dövrdə onurğa sütunu və digər bütün oynaqlar kifayət qədər yüksək hərəkət qabiliyyətinə malik olur. Onurğa sütununun əyilməsindən başqa bu xəstəlik zamanı bədənin ümumi assimetriyası da qeydə alınır. Nəticədə isə döş qəfəsinin deformasiyası yaranır və daxili orqanlar bir-birinə qarışır və sıxılır.

Skolioz xəstəsi olan insan döş qəfəsinin deformasiyası səbəbindən düzgün tənəffüs edə bilmir. Onurğanın əyilməsi və bükülməsi bir-birinə yaxın yerləşən daxili orqanların sıxılması ilə nəticələnir. İlk olaraq əyilmiş, düzgün olmayan çiyinlər, bədən hissələrinin assimetriyası yaranır. Növbəti mərhələlərdə isə kürəyin ortasında donqar, döş qəfəsinin deformasiyası ortaya çıxır. Bu isə ağ ciyər, ürək, böyrək, mədə-bağırsaq sisteminin fəaliyyətinin ciddi pozulmasına səbəb olur. Tez-tez yorulma, nəfəs çatışmazlığı yaranır.

Skolioz tez inkişaf edir. Əgər onu müalicə etməsək, onurğa əməliyyatı ilə nəticələnir. Belə əməliyyat isə insanın sonrakı həyatına ciddi təsir edir. İnsan əlil olur və bir sıra həyat fəaliyyətlərində məhdudlaşma üzə çıxır.

Diaqnostika

Skoliozun dəqiq diaqnozunu rentgen vasitəsilə təyin etmək olar. Skolioz C obrazlı, S obrazlı və Z obrazlı olaraq üç qrupa bölünür.

Əyilmə yerində onurğa hissələrinə uyğun olaraq skolioz 1) yuxarı sinə 2) sinə, 3) sinədən aşağı və 4) bel skoliozu olur.

Skoliozun mərhələləri

1-ci mərhələ. Əyrilik bucağı 10 dərəcədən çox olmur.

2-ci mərhələ. Əyrilik bucağı 11-dən 30 dərəcəyə qədər olur.

3-cü mərhələ. Əyrilik bucağı 31-dən 60 dərəcəyə qədər olur.

4-cü mərhələ. Əyrilik bucağı 60 dərəcədən çox olur.

Skoliozun müalicəsi

Skoliozun müalicəsi konservativ və operativ olaraq iki yerə bölünür. Konservativ müalicə əməliyyat müdaxiləsi olmadan müalicə metodudur:

-korsetlər,

-LFK spesifik üsulları

Sübut edilib ki, skoliozun inkişafının qarşısını sadəcə müalicəvi korset alır. LFK müalicə üsulu isə uşaqlarda hələ yeni yaranan skoliozun müalicəsində istifadə edilir.

Masaj, manual terapiya, osteopatiya, fizioterapiya skoliozun müalicə üsulu deyil!

Sağlam Olun!!!

www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN