Hansı pəhrizlər koronavirusa yoluxma riskini artırır?

İzolyasiya zamanı həyatın normal ritmi pozulur və dəyişir. Bu zaman qidalanmaya xüsusi diqqət yetirmək çox vacibdir. Xüsusən də pandemiya dövründə immunitetin səviyyəsini saxlamaq və qorumaq mütləqdir.

İzolyasiya tədbirləri zamanı düzgün gidalanma barədə rusiyalı həkim-terapevt, dietoloq, tibb elmləri namizədi Yekaterina Burlyayeva məlumat verib.

Burlyayeva öncə qeyd edib ki, pandemiya dövründə qəti surətdə pəhriz, xüsusən də ac qalmağa hesablanmış pəhriz olmaz. Çünki ac qalmaq orqanizmin ümumi immunitetini və müqavimətini zəiflədir və bununla da koronavirusa yoluxma riskini artırır, xəstəliyin ağır keçməsinə zəmin yaradır.

Eyni zamanda rasionunda əsas qidalandırıcı maddələrin olmadığı (zülal, yağ və karbohidratlar) pəhrizlər də qətiyyən məsləhət görülmür.

Əgər normadan artıq və ya az çəkiniz (piylənmə və həddən artıq arıqlıq) varsa, bunu ac qalmaq yox, düzgün hesablanmış optimal qida rasionu vasitəsilə həll etmək olar.

Bununla yanaşı xatırlatmaq yerinə düşər ki, izolyasiya zamanı insanların bir çoxunda fiziki aktivlik aşağı düşür, buna görə də sutkalıq kalorili qida miqdarını azaltmaq olar.

İzolyasiya zamanı qidalanma rejimi əsas üç qida qəbulu və bir-iki qəlyanaltını özündə ehtiva etməkidir. Gec yox, yuxudan 3-4 saat əvvəl şam yeməyi yemək daha vacibdir.

Eyni zamanda dietoloq izolyasiya zamanı qəlyanaltılardan çox istifadə etməməyi məsləhət görür.

Saglam olun!!!

www.doctortap.az

 

 

BİZƏ ZƏNG EDİN