Payızda hava şəraitinin dəyişməsi koronavirusun ikinci dalğasına zəmin yaradır

Payız aylarında koronavirusun ikinci dalğası başlaya bilər. Hava şəraitinin dəyişməsi isə bunun səbəbi ola bilər. Doctortap.az-ın məlumatına görə, bunu Səhiyyə nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

Nazirlik rəsmisinin məlumatına əsasən, dövlət tərəfindən görülən tədbirlərin məqsədi payız aylarında ölkəmizdə koronavirusun ikinci dalğasına zəmin yaratmamaqdır.

“Bir qayda olaraq, payızda hava şəraitinin dəyişməsi səbəbindən ikinci dalğanı gözləmək olar. Hər şey bizim hazırda koronavirusla mübarizədə hansı nəticələri əldə edəcəyimizdən asılıdır. Ancaq bu yolla biz payız-qış dövrünə hazırlaşa bilərik. Elementar qaydalara əməl edərək virusun yayılmasının qarşısını ala bilərik”, - deyə Nadir Zeynalov qeyd edib.

Sağlam Olun!!!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN