Koronavirus СOVİD 19 barədə nələri bilmək vacibdir

Bütün dünyada insanlar koronavirus xəstəliyindən danışır və ailəsini, özünü bu xəstəlikdən qorumaq üçün qabaqlayıcı tədbirlər görürlər.

COVİD-19 xəstəliyi barədə əsas informasiyanı, onun simptomlarını, fəsadlarını, necə ötürülməsi və onun sonradan ötürülməsinin qarşısını alma yollarını bilmək vacibdir.

Koronavirus-kəskin virus xəstəliyidir, tənəffüs sisteminin və mədə-bağırsaq traktının pozulması ilə xarakterizə edilir.

Təsnifatı

İnsanda xəstəliyə səbəb olan koronavirusun bir neçə növü var.

Patogenin genetik xüsusiyyətlərindən asılı olaraq virus üç qrupa bölünür:

-HcoV-226E insan virusu;

-HcoV-OC43 insan viurusu və HECoV bağırsaq patogeni;

SARS-CoV və MERS-CoV koronavirusu

Koronavirusun səbəbi mutasiyadır və nəticədə yeni növ virus meydana çıxır. Koronavirus infeksiyasının mənbəyi bir qayda olaraq xəstə insandır. Bəzi heyvanlar da (meymunlar, quşlar, ilanlar vəs.) koronavirus infeksiyasının mənbəyi ola bilər.

Əgər gigiyena qaydalarına və ərzaq məhsullarının kulinar emalı qaydalarına riayət edilibsə, patogen birbaşa əşyalar-qapı dəstəkləri, bağlamalar, ərzaq məhsullarından keçə bilməz. Çirkli əl və əşyalarla üz, burun, ağız və gözə toxunmaq olmaz. Bu səbəbdən əlləri tez-tez sabunla yumaq və ya dezinfeksiya edici məhlullarla silmək tövsiyyə olunur.

Virus hava-damcı, hava-toz və fekal-oral yolla ötürülür. Yoluxma faktorlarına burun seliki, qusuntu, quşların, heyvanların və xəstə insanın nəcisi də daxil edilir.

İnsanların koronavirusa qarşı həssaslığı yüksəkdir, xəstəlik bütün yaş qruplarını əhatə edir. Yuxarı tənəffüs orqanlarının selikli qişası infeksiya üçün giriş qapısı sayılır. 2019-nCov infeksiyası bronxlara və ağ ciyərə tez yayılır.

 

 

Kliniki təzahürlər

Bir çox koronavirus infeksiyası üçün inkubasiya dövrü 2-3 sutka ilə məhdudlaşıb. Amma 2019-nCov koronavirusu üçün bu dövr 1-14 gün təşkil edə bilər.

Bu dövr ərzində insan digərlərini də koronavirusa yoluxdura bilər. Xəstəlik bir çox hallarda adi qrip, paraqrip və ya istənilən digər kəskin respirator infeksiya kimi davam edir.

Koronavirusun respirator formasına xarakterik simptomlar:

-Udqunanda və asqıranda ağrı;

-Rinit;

-Baş ağrısı;

-Öskürək;

-Hipoksiyalar;

-Yüksək hərarət;

-Üşütmə;

-Əzələ ağrısı

Yeni növ koronavirusa yoluxmanın ilkin mərhələsində koronavirusun əlamətləri adi soyuqdəymənin bütün əlamətlərinə uyğun olur: quru öskürək, zəiflik, yüksək hərarət. Əgər xəstəlik yüngül formada keçirsə, ağ ciyərlərin iltihabı inkişaf  etmir və bütün patoloji proses zəif simptomlarla məhdudlaşır. Bu hallarda tempratur nəzərəçarpacaq dərəcədə artmır və ya bəzən norma həddində qalır.

Xəstəliyin ağır formasında pasientin vəziyyəti tezliklə pisləşir, tempraturu qalxır, güclü öskürək başlayır, nəfəs çatışmazlığı yaranır. Əgər pasientin başqa xəstəliyi də varsa, vəziyyəti daha da kəskinləşir.

Adi koronavirus infeksiyası zamanı tam sağalma 5-7 gündən sonra başlayır. Əgər xəstəlik daha ağır formadadırsa, o zaman sağalma üçün iki və ya daha çox həftə lazım olur.

Ağır hallarda koronavirusun nəticələri son dərəcədə ağır olur:

-Şiddətli intoksikasiya;

-Ağ ciyərin şişməsi;

-Kəskin nəfəs çatışmazlığı;

Xəstəliyin bu cür davam etməsi zamanı proqnozlar ağır olur.

COVİD 19-un diaqnostikası

Koronavirus infeksiyasının diaqnozu ancaq laboratoriya üsulları ilə təsdiqlənə bilər:

-PCR və İFA köməyi ilə virusun müəyyən edilməsi;

-İmmunoferment analizin köməyi ilə virusun burunun epitelial hüceyrələrində antigeninin müəyyən edilməsi;

-Xüsusi antitel titrlərinin müəyyən edilməsi.

Tədqiqat üçün selik,  qan, bəlğəm və s. material ola bilər. Pnevmoniyanın inkişafına dair şübhələr varsa, həkim rentgenoqrafiya təyin edir.

COVİD 19 Müalicəsi

Yüngül və orta ağır formalı koronavirusun müalicəsinə simptomatik müalicə daxildir-tempraturu aşağı salmaq üçün preparatlar, öskürək əleyhinə dərmanlar, soyuqdəymə əleyhinə dərmanlar vəs.

Koronavirusun ağır formalarının müalicəsində medikamentoz terapiya dayanır:

-Virus əleyhinə preparatlar;

-Spesifik immunoqlobulinlər;

-Kortikosteroidlər.

Ağır fəsadların yaranması zamanı antibiotiklərin qəbulu və ağ ciyərlərin süni nəfəs aparatına qoşulması təyin edilir.

Antipik pnevmoniyadan sağalmış insanların qan plazmasının xəstələrə köçürülməsi zamanı yaxşı nəticələr əldə edilib.

Profilaktika

Bu gün koronavirusa qarşı xüsusi profilaktika tədbirləri yoxdur, çünki vaksin hələ kəşf edilməyib.

Adi simptomlar yarananda evdə qalmaq məsləhət görülür. Ətrafda bir çox insan virusa yoluxubsa, insanlarla əlaqəni maksimum məhdudlaşdırmaq, insanların kütləvi toplaşdığı yerlərdən çəkinmək, izdihamdan çəkinmək məsləhət görülür.

COVİD 19 koronavirusun profilaktika tədbirləri:

-Koronavirus infeksiyasının geniş yayıldığı regionlara səfər etməmək;

-Fərdi müdafiə üçün vasitələrdən istifadə etmək (tibbi maska);

-Müntəzəm olaraq əlləri yumaq;

-Yaxın məsafədən əlaqəni məhdudlaşdırmaq, sosial məsafə saxlamaq;

-Parklarda, yaşıllıq ərazilərdə, insanlardan uzaqda, təmiz havada daha çox gəzmək.

Sağlam Olun!!!

www.doctortap.az        

 

 

 

BİZƏ ZƏNG EDİN