Helmintlər

Helmintlər-insan orqanizmində parazit həyat tərzi sürən qurdlardır. Burada yaş əhəmiyyət kəsb etmir. Həm böyüklər, həm də azyaşlılar buna yoluxa bilərlər. Helmintozların təsnifatlandırılması çox genişdir, bu, xüsusən də isti iqlimi olan ölkələrdə belədir. Əsasən 3 sinif parazit qurdlar var:

-Yuvarlaq- bizquyruq qurdlar və askaridlər;

-Lentşəkilli- Donuz soliteri, öküz soliteri və exinokokk;

-Hamar qurdlar- (trematodlar).

Uşaqlarda ən geniş yayılan qurd növü enterobioza səbəb olan bizquyrluqlu qurdlardır. Bu Helmintlərin ölçüsü kiçik olur, orta hesabla 1 sm-ə qədərdir və rəngi ağ-boz rənglidir. Bu parazitlər əsasən yoğun bağırsaqda yaşayırlar. Amma nazik bağırsağın aşağı hissələrinə də keçə bilərlər. Bizquyruq qurdların artımı anus kənarındakı dəri üzərində baş verir.

Bu helmintlər 1-1.5 ay yaşayırlar. Uşaqda öz-özünə yoluxma halı qurdun uzun illər orqanizmdə qalacağı deməkdir. Parazitləri adi gözlə nəcisdə görmək mümkündür.

Uşaqlarda geniş yayılan ikinci qurd askaridlərdir. Uzunluğu 15 sm-ə çatır və nazik bağırsaqda yaşayır. Bu parazitlər bağırsaqda ona doğru gələn qidaya doğru hərəkət edir. Askaridlər nəcisə çox nadir hallarda düşürlər. Dişilər dövri olaraq yumurta qoyurlar, bunu isə nəcis analizndə aşkar etmək mümkündür. Amma əgər müayinə zamanı askarid tapılmayıbsa, bu, uşağın parazitə yoluxmadığı mənasına gəlmir. Askarid bir neçə il orqanizmdə yaşaya bilər.

Səbəbləri

Azyaşlının hər şeylə maraqlanması barmaqları ilə reallaşdırılır. Həyatı və dünyanı öyrənən körpə aktiv şəkildə qarşısına çıxan hər şeyə, əşyaya əli ilə toxunur və dərhal da barmaqlarını ağzına aparır. Bu formada isə bizquyruğun yumurtaları gələcək sahibinin qida həzmi traktına daxil olur.

Uşaq qurd yumurtaları ilə yuyulmamış meyvə və çirkli su da qəbul edəndə yoluxur. Bir çox hallarda infeksiyaya yoluxma heyvanlarla əlaqə, torpaq və qum üzərində oyunlar (burada isə daha çox pişik və itlər gəzir) zamanı yaranır. Gəzintidən sonra bir çox uşaq əllərini yumur və parazitlərin yumurtaları ilə birlikdə bütün çirk onların ağzına daxil olur.

Simptomları

Əgər uşaq çox sayda parazit qurda yoluxubsa, bir neçə sutkadan sonra vəziyyəti qəfil pisləşə bilər. Daha yüngül formalarda isə simptomlar bir neçə həftə, hətta bir neçə ay sonra üzə çıxır. Hər şey uşağın immunitetindən asılıdır. İmmunitet güclüdürsə, parazitlərlə mübarizə apararaq onların inkişafının qarşısını ala bilər. Amma zaman keçdikcə müdafiə sistemi zəifləyir və helmintlər orqanizmə yayılır, ciddi problemlərə səbəb olur. Uşaqlarda arıqlama, dərinin solğunluğu, zəiflik, müntəzəm baş gicəllənməsi, hərarətin artması, baş ağrısı, pis yuxu, tez-tez ağlama, pis əhval-ruhiyyə olur.

Eyni zamanda bağırsaq problemləri-qəbz, quru nəcis, qarın ağrısı, ürək bulanma və qusma, qarının müxtəlif hissələrində ağrı hissi, bağırsaq köpü də ortaya çıxır. Xəstəlik allergik vəziyyətlə müşayət oluna bilər: qaşınma, səpmə, öskürək, tənəffüs yollarının iltihabı. İmmunitetin zəifləməsi isə infeksiyon xəstəliklərin əlavə olunması ilə nəticələnir.

Diaqnostika və müalicə

Helmintozların nəcis yolu ilə diaqnostikası kifayət qədər çətindir. Çünki askarid və bizquyruqların yumurtaları nəcisdə hər gün olmur. Analizdən mikroskopiya üsulu isə kifayət qədər diqqətli olmağı tələb edir. Nəcis analizini dəqiq aparmaq üçün 3 gün ərzində dalbadal analiz vermək arzuolunandır.

Mənşəyi bilinməyən allergik simptomlar üzə çıxanda, qan analizində eozinofillərin miqdarı yüksək olanda E (lg E və G) sinfi immunoqlobulinlərin qan analizini vermək məsləhətdir. Həm də ev heyvanlarında qurdun olub-olmadığını yoxlamaq olar.

Əlamətləri və anamezi qiymətləndirən həkim uşaqda qurdun olduğunu sübut edən birbaşa faktlar olmadan da qurd əleyhinə terapiya məsləhət görə bilər.

Əgər uşaqda və ya ailə üzvlərindən hansındasa qurd aşkar edilibsə, imkan daxilində ailənin bütün üzvləri müalicə olunmalıdır. Çünki bununla da  ailə fərdləri bir-birini helmintlərin yumurtaları ilə yoluxduran yeni ocağın yaranmasından qaça bilərlər. Bu vəziyyətdə eyni zamanda gigiyenik tədbirləri artırmaq, alt paltarları və döşək üzünü, mələfəni hər iki tərəfdən ütüləmək vacibdir. Həkim seçmək, qəbuluna yazılmaq və konsultasiya almaq üçün sizə WWW.DOCTORTAP.AZ  saytı kömək edər.

Sağlam Olun!!!

 

BİZƏ ZƏNG EDİN