“COVİD-19” xəstələri hansı müddətə yoluxucu sayılır?

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət Mərkəzi müəyən edib ki, koronavirusa yoluxan şəxslər yenidən bu virusa yoluxa bilməz.

Mərkəz bütün dünyaya aid məlumatları öyrənib və iki vacib məsələni müəyyən edib: Koronavirus xəstələri yenidən bu virusa yoluxa bilərmi və onlar neçə gün yoluxucu sayılırlar?

Mərkəz isə müəyyən edib ki, COVİD-19-a yoluxmuş şəxslər təkrarən bu virusa yoluxa bilməzlər.

Eyni zamanda müəyyən edilib ki, simptomlar üzə çıxdıqdan 10 gün sonra bu şəxslər artıq yoluxucu sayılmırlar və bu səbəbdən onların izolyasiyada qalma müddəti azaldılmalıdır.

Təkrar yoluxma mümkündürmü?

Koronavirus xəstələrinin təkrar virusa yoluxmaları təhlükəsi barədə ilk dəfə 2020-ci ilin mart ayında məlumat verilib. Söhbət bir neçə hadisədən gedirdi. Bu zaman PCR üsulu vasitəsilə eyni analizin mənfi nəticəsindən bir neçə gün sonra təkrar analiz zamanı müsbət nəticənin çıxması nəzərdə tutulur. Amma tədqiqatlar göstərdi ki, bu hallarda da sağalan şəxsin orqanizmində aktiv viruslar olmur və ətrafdakı insanları yoluxdura bilməz.

Tədqiqatların birində alimlər sağalan 108 insanın orqanizmindən koronavirusu ayırmaq istəyiblər. Onların analizləri yaxın keçmişdə mənfi nəticə veribmiş. Məlum olub ki, bu mümkün deyil. Hətta mənfi nəticədən sonra analiz müsbət nəticə versə də, orqanizmdə sözügedən virus olmayıb. Təcrübə zamanı eyni zamanda sözügedən şəxslərin lgG antitelinin yüksək səviyyəsi müşahidə edilib. Bu isə təkrar yoluxmaya qarşı immunitetin olmasından xəbər verir.

Bu təcrübə isə virusun başladığı Çinin Uhan şəhərindəki alimlərin nəticələri ilə üst-üstə düşür. Çin həkimləri ilk gündən iddia edirdilər ki, virusa təkrar yoluxma mümkün deyil. Mənfi analiz cavablarından sonra test nəticələrinin müsbət çıxmasının səbəbi isə orqanizmdə digər insanları yoluxdura bilməyən virus hissəciklərinin qalması ilə əlaqədardır.

Bu yaxınlarda isə Sinqapurun İnfeksionistlər Assosiasiyasının məcmusu dərc edilib. Müəlliflərin fikrinə əsasən, xəstələrdə ilk yoluxmadan 2-5 gün sonra simptomlar üzə çıxır.  Ətrafdakı insanları yoluxdurma riski isə simptomların yaranmasından sonra 7-10 gün ərzində mümkündür.

Alimlər müəyyən ediblər ki, koronavirusun orqanizmdə yayılması ilk həftədən sonra dayanır. Sağalmanın ikinci həftəsində isə orqanizmdə ətrafdakı insanları COVİD-19-a yoluxdura biləcək aktiv virus tapmaq mümkün deyil.

Bütün bu məlumatlara əsasən, sözügedən Assosiasiya müxtəlif ölkələrin səhiyyə orqanlarına izloyasiyada qalma müddətini azaltmağı məsləhət görüb.

Sağlam Olun!!!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN